Azərbaycanda 22 il əvvəl törədilən cinayətin ÜSTÜ AÇILDI

22 il əvvəl Masallıda törədilmiş quldurluq cinayətinin üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "DogruXeber.az"a bildirilib ki, 2001-ci ilin fevral ayının 16-da saat 21 radələrində Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girən 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib 500 ABŞ dolları, rubl (məbləği müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk edib.

Faktla bağlı elə həmin vaxt CM-nin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb.

Qeyd olunan cinayətin törədilməsilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı RPŞ əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən edilib.

Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü Cəlal Qəhrəmanov tutulmuş, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin - 1967-ci il təvəllüdlü Cümşüd Nəzərovun və 1969-cu il təvəllüdlü Elşən Abbasovun vəfat etmələri məlum olub. Tutulan C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf edib.


Oxunub: 338

Son xəbərlər

Nazirlər yaxın vaxtlarda Türkiyədə görüşəcəklər

"Microsoft"dan dünyada baş verən texniki nasazlıqla bağlı açıqlama

"Air Arabia" Ermənistana qarşı arbitraj prosesinə başlayacaq

Bakıda 160 km uzunluğunda yeni avtobus zolaqları çəkiləcək

Bu dondurmalarda bakteriya aşkarlandı

Vətəndaşa qarşı 21 min manatdan çox dələduzluq edən şəxs tutuldu

11 taksi sifarişi operatoruna icazə verilib - RƏSMİ

"Prezident və ailəsinin adından yayılan materiallar saxtadır" - RƏSMİ AÇIQLAMA

Rusiyada 4 nəfərin olduğu helikopter yoxa çıxdı

Bakıda velosiped yolları 50 km-ə çatdırılacaq

Makron Azərbaycan jurnalistlərinin sualları qarşısında pis vəziyyətə düşdü

Paytaxtda taksilərin sayı 2 dəfə azalıb

Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi

Cinayətdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Alyaskada 6 bal gücündə zəlzələ oldu

Qızıl və gümüş ucuzlaşdı

Obamadan Baydenə böyük zərbə

Bakıda neçə parklanma yeri var?

Masazırda ev yandı

Bakının hansı yollarında tıxac var? - SİYAHI

Tramp prezidentliyə namizədliyini rəsmən qəbul etdi

COP29-un prezidenti iştirakçı ölkələrin hökumətlərinə rəsmi məktub göndərdi

Məhkəmə hakimi Əhliman müəllim qardaşı oğlu Mehman Xıdırova himayədarlıq edir -QANUNSUZLUQ ?/FOTO

Fikrət Məmmədovun qızı YAP-ın siyahısında parlamentə gedir

Bağça müəllimləri üçün sınaq imtahanı keçiriləcək

İlham Əliyev Zelenski ilə söhbət etdi

TƏHSİL NAZİRLİYİNİN SAMİR VƏLİYEV KABUSU

İcra başçısının oğlu deputat olmaq istəyir - Firdovsi Əliyev bütün gücünü səfərbər edib

İran nüvə sazişini bərpa etmək istəyir

Ermənistan tərəfi yenidən görüş təklif etdi

Bütün xəbərlər