“Bravo”dakı silahlı basqına görə 3 nəfər HƏBS EDİLDİ

Xəbər verildiyi kimi, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində baş vermiş silahlı insident zamanı Həşimov Rüfət Sahib oğlunun qəsdən öldürülməsi və Şaydayev Samir Ruslan oğlunun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

"DogruXeber.az" xəbər verir ki, Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.

Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur.


Oxunub: 299

Son xəbərlər

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

İran Prezidenti COP29-a dəvət edildi

Hərbi xidmətdən yayınmaya görə 56 cinayət işi açılıb

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı - VİDEO

Prezident bu məhkəmələrə sədr və sədr müavinləri təyin etdi

Su Ehtiyatları Agentliyinin səlahiyyətləri artırıldı

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTO

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Navalnının qızı Kamala Harrisin qərargahında çalışır

Sabah yenə yağış yağacaq

Bu dərman miqrendən qoruya bilər

"Bu məsələdə Bakı ilə əməkdaşlığa hazırıq" - Ermənistan XİN

Azərbaycanda bu işçilərin maaşları artdı

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi

İran prezidenti Makronla müzakirə apardı

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul edib

Azad edilmiş ərazilərdəki torpaqlar icarəyə veriləcək

Mədə qıcqırmasını aradan qaldırmağın təbii yolları

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını "kor" edə bilir - VİDEO

Geomaqnit qasırğası olacaq

Qızıl və gümüş ucuzlaşdı

Cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

Bütün xəbərlər