gundem / sosial / Cəmiyyət
16.03.2023, 11:00
"Çox az vaxtım qalıb" - Gənc şair kömək istədi
"DogruXeber.az" xəbər verir ki, satirik şeirləri ilə tanınan İbrahim Xudayi sosial şəbəkə vasitəsilə Kapital bankın idarə heyətinin sədri Rövşən Allahverdiyevə müraciət edib.
"Paylaşaq mümkünsə!!!
Dostlar səhhətimdə yaranmış problem ciddidir .Ağ ciyər çatışmazlığından əziyyət çəkirəm. Mənim heç bir dövlət borcum yoxdur. Hazırda minimum 1000 azn kredit götürüb Bakıda müalicəsi davam etdirməliyəm. Lakin, heç bir bank mənə kredit verə bilmir.
Səbəb Kapital bankın mənim adıma qoyduğu 6 aylıq məhdudiyyətdir. Mən kredit götürəndə kart təqdim etmişəm və hər ay kartdan pul borc tutulub və bitib. Ona görə də ölkə üzrə Kapital bankın idarə heyətinin sədri Rövşən Allahverdiyevə bu barədə məktub yazmışam ki, həyatım təhlükədədir, ailə üzvlərim də vəfat edib, tək qalmışam. Lakin, Rövşən müəllimdən cavab ala bilmirəm.
Hamıdan xahiş edirəm ki, bu postu paylaşasız, bəlkə Rövşən müəllim görüb əlaqə yaratdı.
Çox az vaxtım qalıb . +994513257742"