gundem / hadise / dunya
21.03.2023, 17:45
Novruz tədbirində təxribat - 5 polis yaralandı
Türkiyənin Diyarbakır vilayətində keçirilən Novruz tədbirində PKK terror təşkilatının rəmzi bayraqlar qaldırılıb.
"DogruXeber.az" xəbər verir ki, təşkilatın lideri Abdullah Öcalanın lehinə şüarlar səsləndirilib.
Qarşıdurma zamanı 5 polib yaralanıb, 19 nəfər saxlanılıb.
Qeyd edək ki, qarşıdurmaya səbəb Əhməd Türkün çıxışı olub. O, kürdləri mübarizəyə səsləyib: "Hörmətli Öcalanın 24 illik həbsxana əsarətinə son qoymalıyıq. Bu dövr qurtuluş günü olacaq. Bu dövr kürdlərin öz müqəddəratını təyin etmə günü olacaq. Mən buna ürəkdən inanıram".