Prezident Ərdoğandan mühüm açıqlamalar

DogruXeber.az” “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə dəstək məqsədilə Aİ Komissiyası və Aİ Şurasının sədri İsveçin təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında Prezident Külliyesindən canlı yayımla iştirak edir.

Prezident Ərdoğan deyir: “Konfrans üçün təşəkkür edirik. Bu, çox ciddi məsələdir və belə indiki həssas bir zamanda bizə böyük dəstəkdir. Ürək ağrısı ilə deyim ki, 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ 11 əyalətdə ciddi dağıntılara və insan tələfatına səbəb oldu. 50 min 96 vətəndaşımız həyatını itirdi. Allah bütün dünyasını dəyişən qardaş və bacılarımıza rəhmət eləsin. 6 min 807 xarici dostumuza başsağlığı verirəm.

Bəziləri müstəqil zəlzələ ölçüsünə çatan afterşoklar davam edir. Əlverişsiz hava şəraitinə baxmayaraq, biz zəlzələdən zərərçəkənlərin dağıntıların təmizlənməsi işlərinə olan ehtiyaclarını ödəmək üçün əlimizdən gələni edirik.

Zərərin qiymətləndirilməsi işlərimiz yekunlaşmaq üzrədir. Zəlzələ bölgəsində yararsız hala düşən binaların sayı 298 mindir.
Zəlzələnin zərərinin 104 milyard dollara çatacağı anlaşılır. Heç bir ölkə təkbaşına mübarizə apara bilməz. Zəlzələdən sonra Türkiyə 90 ölkədən 11320 personalın dəstəyini alıb.. Sizin sayənizdə 36 sahə xəstəxanası yaradılmışdır. Əziz dostlarımız, biz inanırıq ki, konfransdakı töhfələriniz fəlakətin izlərini aradan qaldırmağa kömək edəcək.”

DogruXeber.az
N.Məmərli


Oxunub: 153

Son xəbərlər

Rusiyanın casus balinası İsveçdə aşkarlandı

“Taliban”-İran qarşıdurması: Zəngəzur və Orta dəhlizə "yaşıl işıq"?

"Tərtər işi" üzrə daha 5 hərbçi araşdırma tələb edir -baş prokurora müraciət

Ərdoğan Putinlə razılaşdı

Lerikdə torpaq qalmaqalı – Məhkəmə qətnaməsi niyə icra edilmir?

Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - İDDİA

Qarabağ və Şərqi Zəngəzur üçün əlavə vəsait ayrılır

Zelenskiyə dövlətə xəyanət maddəsi ilə cinayət işi açıla bilər

Sabah 34° isti olacaq

Nazir 3 rəisi vəzifəsindən azad etdi - SİYAHI

Azərbaycan müdafiə xərclərini artırır

Vahid Ələkbərovun oğlunun sərvəti açıqlandı

Muxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLARMuxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLAR

Samir Şərifov bu işçisinə YİYƏ DURMALIDIR... - açıq-aşkar NARAZILIQ YARADIR

Azərbaycana gələn İsrail nümayəndə heyətinə bunlar qadağan edildi

Azərbaycanla İsrail arasında Əməkdaşlıq Planı imzalandı

Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir

Rüfət Quliyev bu vəzifəsindən azad edildi

Elxan Qasımov dəfn edildi

Azərbaycanda yeni müavinət növləri təsis edilir

"Ay müəllim, heç Azərbayanda heç kim imtahanı özü vermir": Cəlilovun təyin etdiyi Arxiv müdirinin etirafı - FOTO

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

MİQ üzrə elektron sənəd qəbulu başa çatıb

“Azərişıq” Zod yaşayış məntəqəsində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırdı - VİDEO

"Son yaş həddi 70-ə qaldırılsın" - Deputatdan TƏKLİF

Ərdoğan prezident seçildikdən sonra ilk bu ölkəyə GEDƏCƏK

Milli Məclisin iclası başladı

Emin Ağalarov atasının şirkətindən ayrıldı

Mövqelərimiz atəşə tutuldu

İsrail Prezidenti Azərbaycana gəldi

Bütün xəbərlər