gundem / dunya / maraqli / Mədəniyyət
23.03.2023, 14:45
Bethovenin sirlərini saç telləri açdı
Beş saç nümunəsi 56 yaşında dünyasını dəyişən məşhur bəstəkar Lüdviq van Bethovenin DNT-sində gizlənən faktları üzə çıxarıb.
Məşhur bəstəkarın vəfatı ilə bağlı uzun illərdir davam edən müzakirələrə işıq salacaq araşdırmada əldə edilən məlumatlar:
"DogruXeber.az" "Ntv.turk"ə istinadən xəbər verir ki, Kembric Universitetinin bir qrup tədqiqatçısı ilk olaraq Avropa və ABŞ-dakı kolleksiyalardan 8 saç nümunəsi ilə təhlillərə başladı.
Lakin, onlardan biri analiz edilə bilməyəcək qədər zədələnmişdi. Onların ikisinin Bethovenə aid olmadığı ortaya çıxdı. Belə ki, komanda 5 nümunə ilə işlərini davam etdirərək ilk dəfə bəstəkarın genomunun ardıcıllığına nail olub.
Saç tellərindən əldə edilən DNT analizi 1770-ci ildə Almaniyada anadan olmuş məşhur bəstəkarın ölümü ilə bağlı yeni məlumatlar üzə çıxarıb. Məlumatlar Bethovenin genetik olaraq qaraciyər xəstəliyinə meylli olduğunu və ölümündən aylar əvvəl hepatit B xəstəliyinə tutulduğunu ortaya qoydu.
Almaniyadakı Maks Plank Təkamül Antropologiya İnstitutundan Yohannes Krause, araşdırma ilə bağlı verdiyi açıqlamada Bethovenin ölümünün dəqiq səbəbini söyləməyin mümkün olmadığını ifadə edərək, “Ancaq bu mərhələdə biz təsdiq edə bilərik ki, Ciddi irsi riskləri və Hepatit B olması." CNN International-da yer alan xəbərə görə, araşdırmada istifadə edilən və Bethovenin daha əvvəl qurğuşun zəhərlənməsindən əziyyət çəkdiyini irəli sürən saç nümunəsinin məşhur bəstəkara deyil, qadına aid olduğu müəyyən edilib.
DogruXeber.az
Aiman Əsədsoy