DYP-dən sürücülərə MÜRACİƏT

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı tətilindən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən "DogruXeber.az"a bildirilib ki, Novruz bayramı ilə əlaqədar müəyyən edilən qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olub.

Tətil günlərinin yol qəzası nəticəsində yaranan arzuolunmaz hadisələr fonunda bitməməsi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitəsi idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edir.

"Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq", - qurumdan bildirilib.

Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər.


Oxunub: 273

Son xəbərlər

AYNA bu dəfə də “Sea Breeze”i silib "Nardaran" yazdı – Fotolar

Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı – Rayonlar üzrə tam siyahı

Bakı-Balakən qatarına bileti 96 manata satır

Bu jurnalistlərə hökm oxundu

"Kalaşnikov" yeni yüngül pulemyotların istehsalına başlayacaq

Ağstafada bu qurumda PULLAR SİLİNİR - İTTİHAM VAR...

Ermənilər ABŞ səfirliyi qarşısında aksiya keçirdilər

İnsanın nə qədər yuxuya ehtiyacı var?

Müasir poeziyamızda Xalidə Hicran yolu

İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı

"Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi

40 yaşlı avstraliyalı kişi 100 gündür süni titan ürəklə yaşayır

Həkimlər geri qaytardığı üçün maşında doğuş edibmiş... - VİDEO

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Hansı idmanla neçə kalori sərf etmək olar?..

Sabahın hava proqnozu

Dünyanın “ən eybəcər balığı” “ilin balığı” elan olundu

Polis Türkiyə İşçi Partiyasının üzvlərini saxlayıb – Erkan Baş

Azərbaycan neftinin qiyməti cüzi bahalanıb

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi

Suriya Rusiyadan Əsədi təhvil verməsini istəyir

Tətil günlərində qiymətlər artıb?

Saziş imzalayan kimi ictimaiyyətə açıqlanacaq

Niyazi Bayramovun YARITMAZ İŞİ VƏ... - əziyyət çəkən sakinlər...

Yerin dərinliklərində bir neçə okeanı var: Onlar vulkan püskürmələrinə nəzarət edir

Əhalinin nəzərinə: Bakıda gələn aydan böyük söküntü başlayır

Tramp meydan oxudu: Müharibəyə hazırıq

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərdi

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi - VİDEO

Bütün xəbərlər