Zelenski Baxmut uğrunda mübarizənin vacibliyini vurğulayıb

DogruXeber.az” “Amerikanın səsi” Radiosunun Twitter paylaşımına istinad edərək xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Associated Press agentliyinə müsahibəsi zamanı şərqdəki Baxmut şəhəri uğrunda mübarizənin vacibliyini vurğulayaraq, Ukraynanın oradakı məğlubiyyətinin beynəlxalq ictimaiyyətin və bəzilərinin onun Rusiya ilə güzəştə getməsi üçün təzyiq göstərməsinə gətirib çıxaracağını deyib.

Zelenski bildirib ki, Rusiya qoşunları Ukraynanın bütün ərazisindən çıxarılana qədər Ukrayna Rusiya ilə sülh danışıqlarına getməyəcək. Keçən il genişmiqyaslı işğalına başlayandan bəri Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etdiyi barədəki iddiası BMT Baş Assambleyası tərəfindən qeyri-qanuni hesab edilib.

Qərb müttəfiqləri Baxmutu itirmənin bir o qədər əhəmiyyətli olmadığını, Ukraynanın bu itkisinin ümumi münaqişəyə böyük təsir göstərməyəcəyini deyib.

Lakin Zelenski Associated Press-ə deyib ki, mübarizədə hər qarış mühümdür.

Zelenski Associated Press xəbər agentliyinə müsahibəni Ukraynanın şimal-şərqindəki Sumı də daxil olmaqla, qatarla cəbhə xətti boyunca bir neçə bölgəyə gedərkən verib.

"Region düşmənin yaxınlığındadır. Daim təhlükə var. Sərhədimiz davamlı atəşə tutulur. Lakin həyat, xalqımız açıq-aydın bütün qorxulardan güclüdür" - deyə, Zelenski özünün növbəti gecə video-müraciətində bildirib.

Zelenski şiddətli döyüşlərin getdiyi Oxtırka və Trostyanets şəhərlərinin rəsmiləri və sakinləri ilə görüşüb. Associated Press xəbər verir ki, işğaldan qısa müddət sonra Rusiyanın nəzarəti altına keçən Trostyanets 2022-ci ilin martın 26-da Ukrayna qoşunları tərəfindən azad edilib.

O, həmçinin Rusiya sərhədi yaxınlığındakı adı açıqlanmayan yerə gedib və sərhədçilərlə görüşüb.

"Mənim Sərhəd Xidməti-nin rəisi ilə də xüsusi söhbətim olub. Biz Sumın və digər bölgələrimizin müdafiəsi haqqında, ordumuzla birlikdə cəbhədə döyüşən sərhədçilərin gücləndirilməsi barədə danışdıq" Zelenski deyib .

DogruXeber.az
N.Məmərli


Oxunub: 69

Son xəbərlər

Rusiyanın casus balinası İsveçdə aşkarlandı

“Taliban”-İran qarşıdurması: Zəngəzur və Orta dəhlizə "yaşıl işıq"?

"Tərtər işi" üzrə daha 5 hərbçi araşdırma tələb edir -baş prokurora müraciət

Ərdoğan Putinlə razılaşdı

Lerikdə torpaq qalmaqalı – Məhkəmə qətnaməsi niyə icra edilmir?

Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - İDDİA

Qarabağ və Şərqi Zəngəzur üçün əlavə vəsait ayrılır

Zelenskiyə dövlətə xəyanət maddəsi ilə cinayət işi açıla bilər

Sabah 34° isti olacaq

Nazir 3 rəisi vəzifəsindən azad etdi - SİYAHI

Azərbaycan müdafiə xərclərini artırır

Vahid Ələkbərovun oğlunun sərvəti açıqlandı

Muxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLARMuxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLAR

Samir Şərifov bu işçisinə YİYƏ DURMALIDIR... - açıq-aşkar NARAZILIQ YARADIR

Azərbaycana gələn İsrail nümayəndə heyətinə bunlar qadağan edildi

Azərbaycanla İsrail arasında Əməkdaşlıq Planı imzalandı

Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir

Rüfət Quliyev bu vəzifəsindən azad edildi

Elxan Qasımov dəfn edildi

Azərbaycanda yeni müavinət növləri təsis edilir

"Ay müəllim, heç Azərbayanda heç kim imtahanı özü vermir": Cəlilovun təyin etdiyi Arxiv müdirinin etirafı - FOTO

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

MİQ üzrə elektron sənəd qəbulu başa çatıb

“Azərişıq” Zod yaşayış məntəqəsində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırdı - VİDEO

"Son yaş həddi 70-ə qaldırılsın" - Deputatdan TƏKLİF

Ərdoğan prezident seçildikdən sonra ilk bu ölkəyə GEDƏCƏK

Milli Məclisin iclası başladı

Emin Ağalarov atasının şirkətindən ayrıldı

Mövqelərimiz atəşə tutuldu

İsrail Prezidenti Azərbaycana gəldi

Bütün xəbərlər