gundem / dunya
12.04.2023, 10:00
"Bayden 2024-cü il seçkilərində iştirak etmək iqtidarında deyil" - Tramp
"Prezident Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək imkanına malik olduğunu düşünmürəm".
"DogruXeber.az" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
"Mən TV-də Baydenin növbəti seçkilərdə iştirak edib-etməyəcəyi sualına cavabını gördüm. Bayden budaqdan-budağa hoppanıb, dağınıq şeylər dedi və onun növbəti seçkidə iştirak edə biləcəyini düşünmürəm", - deyə eks-prezident qeyd edib.