DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DSX) İmişlidə növbəti birgə əməliyyat keçirib, saxlanılan var.

Bu barədə "DogruXeber.az"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha bir nəfər saxlanılıb.

Tədbir zamanı paytaxt sakini Elməddin Hüseynov İmişli rayonu ərazisində tutulub. Bu şəxsdən ümumilikdə 14 kiloqram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilib.

İlkin sorğu zamanı Elməddin Hüseynov ondan aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Baba” adı ilə tanıdığı şəxsin vasitəsilə İmişli rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, son 1 ay ərazində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində ümumilikdə 131 kiloqram müxtəlif növ güclü təsiredici xassəli narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Oxunub: 271

Son xəbərlər

"İran üçün Zəngəzur bölgəsinin təhlükəsizliyi vacibdir" - Səfir

"İran-Ermənistan münasibətləri hər iki ölkənin strateji mövqeyi ilə bağlıdır" - Səfir

Bu avtobusun hərəkət sxemi dəyişdirildi

Azərbaycanda dərman və tibb vasitələri ilə bağlı YENİ QƏRAR

“Azərbaycan mediası maarifləndirmə funksiyasını lazımi şəkildə icra edir” - Natiq Məmmədli

Dünyada informasiya sistemlərinin fəaliyyətində nasazlıq yarandı

"Bir telefon zəngi ilə müharibələri dayandıra bilərdim" - Tramp

Meşə fondu sahələrinin inventarlaşdırılması işləri nə vaxt yekunlaşacaq?

Nazirlər yaxın vaxtlarda Türkiyədə görüşəcəklər

"Microsoft"dan dünyada baş verən texniki nasazlıqla bağlı açıqlama

"Air Arabia" Ermənistana qarşı arbitraj prosesinə başlayacaq

Bakıda 160 km uzunluğunda yeni avtobus zolaqları çəkiləcək

Bu dondurmalarda bakteriya aşkarlandı

Vətəndaşa qarşı 21 min manatdan çox dələduzluq edən şəxs tutuldu

11 taksi sifarişi operatoruna icazə verilib - RƏSMİ

"Prezident və ailəsinin adından yayılan materiallar saxtadır" - RƏSMİ AÇIQLAMA

Rusiyada 4 nəfərin olduğu helikopter yoxa çıxdı

Bakıda velosiped yolları 50 km-ə çatdırılacaq

Makron Azərbaycan jurnalistlərinin sualları qarşısında pis vəziyyətə düşdü

Paytaxtda taksilərin sayı 2 dəfə azalıb

Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi

Cinayətdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Alyaskada 6 bal gücündə zəlzələ oldu

Qızıl və gümüş ucuzlaşdı

Obamadan Baydenə böyük zərbə

Bakıda neçə parklanma yeri var?

Masazırda ev yandı

Bakının hansı yollarında tıxac var? - SİYAHI

Tramp prezidentliyə namizədliyini rəsmən qəbul etdi

COP29-un prezidenti iştirakçı ölkələrin hökumətlərinə rəsmi məktub göndərdi

Bütün xəbərlər