ARXKOM  ilə  İcra Hakimiyyətini hansı səbəblər  birləşdirir? - FOTO  (YENİLƏNDİ)

Ötən gün Xətai rayonu ərazisində küçələrin natəmizliyindən, evlərin üzərindən, həyətlərdən keçən yüksək gərginlikli elektrik xətlərinin ərazidə yaşayan insanlar üçün təhlükə mənbəyi olduğundan, eləcə də gecələr aparılan qanunsuz tikintilərdən bəhs etmişdik.

Həmçinin, aidiyyatı qurumların məsələyə münasibətini öyrənmək üçün əlaqə saxlamaq cəhdlərimizin boşa çıxmasından bəhs etmişdik.

Bu gün isə Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən "DogruXeber.az"a bu barədə açıqlama verildi ki, məsələdən xəbərləri var, komitə tərəfindən həmin əraziyə nümayəndə göndərilib və həqiqətən də qanunsuz olduğu aşkar edildiyi üçün tikinti artıq komitə tərəfindən dayandırılıb və tikinti işlərinin dayandırılması üçün tədbirlərin görülməsinə dair aidiyyatı dövlət qurumlarına - Xətai rayon İcra Hakimiyyəti və FHN-nə müraciət edilib.

Ötən gün dəstəyi qaldırmayan Xətai rayon İcra Hakimiyyəti ilə bu gün də telefon əlaqəsi saxladıq, bu dəfə dəstəyi növbətçi qaldırdı və məsul şəxslərin hazırda danışa bilmədiklərini - tədbirdə olduqlarını dedi.

Yeri gəlmişkən, Xətai rayonu ərazisində bu kimi tikintilər kifayət qədərdir və bu kimi hallara göz yuman məsul qurumlardan biri də Fövqəladə Hallar Nazirliyidir ki, onun da bugünə qədər yayımlanan məlumatlar barəsində hər hansı bir narahatlıq keçirdiyini və məsələyə məsuliyyətlə yanaşmasını görmədik. Bu isə FHN-nin də məsələdən xəbərdar olması və hansısa "yalnız özünə məlum" səbəblərə görə susduğu şübhəsini əminliyə çevirir.

Yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

***

Yenə Xətai rayonu, yenə gizli aparılan tikintilər, yenə "gözüyumulu" Şəhərsalma və Arxitektura komitəsi...

Bu üçlüyün bir üzvü (tikinti aparan sahibkar) tez-tez dəyişir, digər ikili isə "karam, koram, lalam" prinsipini nələrinsə, hansısa maraqlarınsa xatirinə səbrlə davam etdirir.

Xətai rayonunun istər yaşıllıq sarıdan, istərsə təmizlik sarıdan elə də "bəxtəvər" bir rayon olmadığı barəsində dəfələrlə "DogruXeber.az"da məlumatlar yayımlamışıq.

Xətai rayonunda bu tikintilərə kimlər, niyə göz yumur ? - FOTO

ARXKOM-un qanunsuz tikintilərə susması razılıq əlamətidir ? - FOTO

Lakin, davam edən eyni proseslər bizi bu mövzuya təkrar-təkrar qayıtmağa məcbur edir.

Xatırlayırsınızsa biz əvvəllər də "8 noyabr" prospekti boyunca bir neçə kanalizasiya quyularının qapaqsız olduğundan, Həzi Aslanov qəsəbəsində, həmçinin "Kənd Əhmədli" qəsəbəsində küçələrin natəmizliyindən, yüksək gərginlikli elektrik xətlərinin evlərin üzərindən, heyətlərin içindən keçdiyindən və gecədən-gecəyə aparılan ev, obyekt tikintilərindən bəhs etmişdik.

Özü də qeyd edək ki, o zamanlar həmin tikintilər barəsində sorğular, müraciətlər göndərdiyimiz istər Şəhərsalma və Arxitektura Komitəsi olsun, istərsə də Xətai rayon İcra Hakimiyyətinin bəzi məsul şəxsləri sözügedən qanunsuzluqları aradan qaldırmaq yerinə, bizim yazıları silməmiz üçün hərəkətə keçdilər. Amma, təsirimiz o oldu ki, tələm-tələsik barəsində yazdığımız hər iki tikintinin üstləri gecəylə örtüldü və bununla da məsələni qapatmış olduqlarını sandılar.

İndi də bir neçə ay əvvəl barəsində məlumat verdiyimiz - həmin, o gecələr tikilən, üstü tələm-tələsik örtülən ikimərtəbəli obyektin düz qarşısında (Xətai rayon Həzi Aslanov qəsəbəs, Kazımağa Kərimov küçəsində) daha böyük bir tikinti aparılır. Nə hikmətsə, bu tikinti də yalnız gecələr aparılır.

ARXKOM  ilə  İcra Hakimiyyətini hansı səbəblər  birləşdirir? - FOTO  (YENİLƏNDİ)


Humanist xalqımızın bir saf kəlməsi var, deyirlər, "başçının bundan xəbəri yoxdur".

Tamam, bəlkə başlayanda xəbəri olmur, amma başladıqdan sonra aidiyyatı olan-olmayan hər kəsin xəbəri olduğunu hamımız bilirik. Bundan əlavə, ötən yazımızda "DogruXeber.az" olaraq biz özümüz rəsmi şəkildə bildirdiksə də dəyişən bir şey olmadı. Hətta, yuxarıda da qeyd etdiyimiz kimi Kazımağa Kərimov küçəsində eyni ünvanda ikinci tikinti başlayıb və artıq ikinci mərtəbədə iş gedir.

Yalnız gecələr!!!

Məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq. Hələliksə, gözləyək görək Xətai rayon İcra Hakimiyyəti ilə Şəhərsalma və Arxitektura Komitəsi buna nə münasibət bildirəcək.

P.S: Yeri gəlmişkən, əslində biz münasibət öyrənmək üçün Şəhərsalma və Arxitektura Komitəsinə zəng etdik, avtomatik operatorun dediyi qaydada - "0"a toxunub operatorun cavabını gözlədik. Lakin, bizi biraz gözlətdikdən sonra dəstəyi qaldırıb, dərhal asdılar. Burdan da belə görünür ki, komitənin bunun üçün əmək haqqı alan işçiləri də komitəyə zəng edənləri belə yola verir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman


Oxunub: 491

Son xəbərlər

Hikmət Mirzəyevə general-polkovnik rütbəsi verildi

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Ərdoğan və Paşinyan görüşdülər

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsəndə vətəndaşları qəbul edib

Stressli vəziyyətləri necə aradan qaldırmaq olar? — 4 məsləhət

“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!

Azərbaycan öz gücünü bütün dünyaya göstərdi

Hava proqnozunu öyrənmək üçün mobil tətbiq istifadəyə verildi

Sabah bu istiqamətlərdə hərbçilərin yürüşü keçiriləcək - SİYAHI

Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb

Avropa İttifaqı missiyasından Azərbaycana qarşı təxribat

Məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq

İnsan dərisindən qadcetlərə enerji ötürülüb - Alimlərdən maraqlı araşdırma

Onlar Abşeron dairəvi dəmir yolundan ödənişsiz istifadə edəcək

Azərbaycanda bu şəxslərə yeni hüquqlar verilir

"Azroşen" də ölkədən pul çıxarıb

İş adamının obyektində AXTARIŞ BAŞLADI

Rusiya Zimbabvedən işçi qüvvəsi istədi

Hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda

“Azərişıq” COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - FOTO

Özəlləşdirmə çek sahibləri: “İnanırıq ki, ölkə başçısı problemin həlli ilə bağlı göstəriş verəcək” – FOTOLAR

"Ermənistan bir sıra təkliflər irəli sürüb" - Mirzoyanın müavini

Donald Trampın qırmızı qalstuku nədən xəbər verir?

"Bazar" adı üstündə olan təhsil müəssisəsi

"ABŞ Ermənistanı milli intihara sövq edir" - Rusiya kəşfiyyatı

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başladı

Bank kreditlərinin faizlərinin aşağı salınması təklif olunur

Sabah hava yağmursuz olacaq

Bayram günlərində banklar işləyəcək? - RƏSMİ

Rusiyanın İl-76 təyyarəsi Livana endi

Bütün xəbərlər