gundem / siyaset
28.04.2023, 09:30
Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin səfirləri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb.
“DogruXeber.az" xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfirinin tviter səhifəsində paylaşım edilib.
Bildirilib ki, baş tutan görüşdə regionda təhlükəsizlik və Orta Dəhliz məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, söhbət əsnasında Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də toxunulub.