Şirvanda təsərrufat sahələrində  "evlər əkilib" -  Buna kim, niyə icazə verir ? // VİDEO

Belə bir el deyimi var: "Gələn gedənə rəhmət oxutdurur".

Bu deyimi də elin dilinə salan təcrübələridir.

Belə ki, Şirvan şəhər sakini Şahbaz Günəşov "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalına müraciət edərək, canlı yayımda Şirvan şəhərinin sabiq icra başçısı Mərdan Camalovun ölənlərinə rəhmət oxuyub, İlqar Abbasovun əlindən "dad elədi".

Yox, bu o demək deyil ki, onlar Mərdan Camalovdan razıdırlar. Əksinə, İlqar Abbasovun ondan daha betər olduğunu iddia edirlər. "Betər" deyərkən də sakinləri qəbul etməməsini, problemləri ilə ümumiyyətlə maraqlanmadığını, şəhərin məişət tullantıları ilə antisanitar vəziyyət aldığını, işsizliyi və sair.... və sair... narazılıq yaradan səbəblərə qarşı laqeydliyini nəzərdə tuturlar

Bundan əlavə Şahbaz Günəşov bildirir ki, 2013-cü ildə bankdan kredit götürüb, özünə şəhər bələdiyyəsindən torpaq sahəsi alıb. Aradan 2-3 il keçdikdən sonra həmin torpaq sahəsində ev tikmək istərkən məlum olub ki, həmin torpaq neft ərazisi imiş. Bu səbəblə tikinti işi aparmaq mümkün olmayıb. Vəziyyət belə olan halda Şahbaz Günəşov İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti Bələdiyyəni çağırıb tapşırıq verdikdən sonra ona torpağının əvəzinə "bağlar" deyilən ərazidən torpaq təklif edirlər və təklifi qəbul etməsi üçün israrla razı salırlar. Şahbaz Günəşov da yavaş-yavaş evini tikir, bitirir və bütün işini bitirdikdən sonra məlum olur ki, sən demə bu ərazinin də sənədi yoxdur. İndi Şahbaz Günəşov evinə çıxarış almaq üçün artıq bir neçə ildir ki, müraciət etmədiyi dövlət qurumu qalmayıb, lakin hələ də onu gözləməyi təklif edirlər.



Qeyd edək ki, Şahbaz Günəşov "Kanal14"ün canlı efirində "Kamalın zamanı" proqramında dərdini danışarkən bir neçə Şirvan sakinləri yayımın şərh bölməsində yazdılar ki, Şahbaz Günəşovun bəhs etdiyi "Bağlar" deyilən ərazi Kənd təsərrüfatı təyinatlıdır, lakin şəhər bələdiyyəsi və Şəhər İcra Hakimiyyəti həmin əraziləri həyətyanı adı ilə satıblar. Hazırda həmin ərazidə 10-larla qanunsuz yaşayış evləri var və xeyli sayda insanlar yaşayır.

Bundan əlavə "Salam" adlı YouTube istifadəçisi yazır ki, "İlqar Abbasov korrupsiyaya görə həbs edilib, hansısa yollarla tezliklə də azadlığa çıxan və heç bir ali təhsili olmayan (diplomsuz) İsmayıl İsmayılovub JEK-ə (Mənzil Kommunal Təsərrüfat Birliyinə) müdir təyin edib".

İsmayıl İsmayılovun işində necə məsuliyyətli olduğunu isə sakinlərin şəhərin natəmizliyindən etdiyi gileylərdən yəqin ki, təsəvvür etdiniz?!

Bundan əlavə, Şirvan sakini olduğunu dəyən Zahir adlı YouTube istifadəçisi yazır ki, bələdiyyə sədri İlqar Abbasovun əmri ilə işləyir.
Həmçinin, Zahir bəy deyir, "yarım aydan çoxdur ki, 5 saylı "Bənövşə" uşaq bağçasına su verilişi dayandırılıb".

Yeri gəlmişkən, bəzi sosial medialarda İlqar Abbasovun 26 ildən sonra "möcüzəvi" şəkildə Nərimanov rayonuna İcra başçısı təyin edilməsi, hətta bəzi "yeyib-içmək məclislərində" "mən rayonu arendaya götürmüşəm" deməsi, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olduğu zamanlarda Suraxanıda hektarlarla torpaq satması, "Prezidentin əli çiynimdədir" deyə, məclislərdə qürrələnməsi və sair haqqında məlumatlar da yer alır.

Belə çıxır ki, indi də Şirvan rayonunu "arendaya götürən" İlqar Abbasov "prezidentin əlini çiynində hiss etdikcə" vətəndaşlarla və "arendaya götürdüyü" rayonlarla istədiyi kimi rəftar etməkdə davam edəcək.

Yeri gəlmişkən, yazıda qeyd etdiyimiz məsələlərlə bağlı İcra Hakimiyyətinin də mövqeyini dinləmək məqsədilə rəsmi internet səhifəsində qeyd edilən telefon nömrələri ilə bir neçə dəfə əlaqə saxladıq, lakin təəssüflər olsun ki, dəstəyi qaldıran olmadı.

Jalə Asiman
DogruXeber.az


Oxunub: 426

Son xəbərlər

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Bütün xəbərlər