SHXÇDX    Cəlilabad rayonunda "qaz vurub, qazan doldurur" - İDDİA // FOTO

İnsanlarmı dəyişib, zamanəmi dəyişib, yoxsa həqiqətən pul bir çox səlahiyyət sahiblərini insanlıqdan çıxarıb... bəlli deyil.

Bütün dünyanın insan alverinə qarşı mübarizə apardığı və hələ də tam nəticə əldə edə bilmədiyi bir zamanda bəzi dövlət qurumlarında çalışan bəzi məmurlar bunu fərqli formada, özü də ssxta hazırlanmış "qanuni" sənədlər əsasında həyata keçirirlər.

Məsələn, xatırlayırsınızsa, təqribən iki il əvvəl Beyləqan rayonundan bir qrup vətəndaş "DogruXeber.az" redaksiyasına məktubla müraciət etmişdi. Həmin məktubda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Əlsafa Məmmədovun ikinci vətən müharibəsi zamanı müəyyən məbləğ qarşılığında sağlam şəxsləri səfərbərlikdən (ümumiyyətlə hərbi xidmətdən) yayındırmasına, pul verməyən şəxsləri isə tam sağlam olmasa belə hərbi xidmətə göndərməsinə narazılıq bildirilirdi.

Biz bu barədə dəfələrlə məlumatlar yayımladıq və aidiyyatı qurumlara müraciətlər göndərdik. Xidmətin rəhbəri olan Arzu Rəhimovla qohumluğu ilə fəxr etdiyi deyilən Əlsafa Məmmədovun məlumatları dayandırmaq üçün gah hədə-qorxu gəlməyinə, gah minnətçilər göndərməsinə baxmayaraq, biz onun əməllərini ifşa etdik.

Arzu Rəhimov da baxdı ki, "vəziyyət gərgindir" "qohumu deşifrə olunub", Əlsafa Məmmədovu tutduğu vəzifədən azad etdi. Amma, sonra da işsiz qalmasına qıymayıb, onu Sabirabad rayonuna eyni vəzifəyə təyin etdi.

Amma, onu da qeyd edək ki, bu məlumatlar bizdə dərc edildiyi zamanlar sosial şəbəkələrdə məlumatların şərh bölməsində vətəndaşlar, "hər yerdə belədir" sözlərini yazırdılar. Cəlilabad rayon sakinləri tərəfindən "DogruXeber.az" redaksiyasına daxil olan aşağıda qeyd edəcəyimiz məlumatlar, vətəndaşların "hər yerdə belədir " ifadəsinin həqiqət olduğuna əminliyi artırır.

Belə ki, yerli sakinlərin sözlərinə görə SHXÇDX-nin Cəlilabad rayon şöbəsi 6-8 min manat arasında dəyişən məbləğ qarşılığında əsgərlik yaşı çatmış şəxsləri saxta "hərbiyə yararsız" sənədilə hərbidən yayındırır. Bundan əlavə, bildirilir ki, burada Azərbaycanda yaşamadığı halda 500 (beş yüz) manat ödənişlə komissiyadan keçmək də mümkündür ki, bu da həyata keçirilir. Özü də sakinlərin iddiasına görə bu proses illərdir ki, davam edir.
Onların sözlərinə görə "pul yığmaq işinə Mahir Əkbərov baxır".

Mahir Əkbərov kimdir?

Bizə verilən məlumata görə, SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənovun "sağ əli" olduğu deyilən bu şəxs - yəni, Mahir Əkbərov səfərbərlik bölməsinin (el arasında çağırış bölməsi deyirlər) zabitdir.

SHXÇDX    Cəlilabad rayonunda "qaz vurub, qazan doldurur" - İDDİA // FOTO

Mahir Əkbərov

SHXÇDX    Cəlilabad rayonunda "qaz vurub, qazan doldurur" - İDDİA // FOTO

Vüsal Həsənov

Görünür, ixtisasca tarix müəllimi olan, tikinti sektorunda fəhləlikdən prorablığa qədər yüksələn Mahir Əkbərov ya fərasəti, ya da hər hansı bir "himayədarı" sayəsində Hərbi komissarlıqda da özünəməxsus yer tutmağı bacarıb ki, xidmətin Cəlilabad rayon şöbəsi üzrə işçi heyyətinin çox hissəsi yeniləri ilə əvəz olunsa da, o öz postunu əlində saxlayıb.

Yeri gəlmişkən, bütün bu məlumatlarla bağlı Mahir Əkbərovun da mövqeyini öyrənmək məqsədilə ona zəng etdik. Daxil olan məlumatları diqqətinə çatdırdıqda, Mahir Əkbərov çox aqressiv şəkildə və "dili topuq vura-vura", - "Qardaş, boş söhbətdir, mən vobşe bu barədə sizinlə danışmalı deyiləm. Yoxe siz mənə telefonda niyə zəng etmisiniz?" - deyə, gah cavab, gah sual verdi.

Sual verdik, - "Bəs harda zəng edək? "

Cavabında Dövlət qurumunun səlahiyyətli əməkdaşı Mahir Əkbərov telefonu söndürdü.

Eynilə Beyləqan rayonundakı Əlsafa Məmmədovun etdiyi kimi. O da deyirdi, "rəhbərliklə əlaqə saxlayın". Yəni, "rəhbərliyin də xəbəri var".

Görünür bu kimi hallar təkcə biza yeni xəbər kimi görünür. Mahir Əkbərovun da "telefonda niyə zəng etmisiniz" deməsindən belə çıxır ki, "özbaşına iş görməyib". Halbuki, biz sadəcə onun münasibətini öyrənmək istəyirdik. Təkzib də edə bilərdi və "DogruXeber.az" olaraq hər zamankı kimi onun da mövqeyini olduğu kimi dərc edə bilərdik. Elə indi də olduğu kimi dərc etdik.

Yeri gəlmişkən, məlumatlar barəsində tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova və Cəlilabad rayon prokurorluğuna rəsmi müraciətlər göndərilib.

Mövzuya qayıdacağıq və növbəti yayımlarımızda SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin ənənəvi olaraq, "yastıpəncəlik'" diaqnozu verdiyi "hərbiyə yararsız' şəxslərin bir neçəsinin adlarını təqdim edəcəyik.

Bizi izləyin!

DogruXeber.az
Jalə Asiman


Oxunub: 344

Son xəbərlər

Əfv Komissiyası 700-dən çox müraciətə baxdı

Paşinyan demarkasiyanın aparıldığı xəritələri göstərdi - VİDEO

"Ölkəmizdə 10 ballıq bölgələr də mövcuddur" - Qurban Yetirmişli

Bakının bu prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Misirin XİN rəhbəri 44 ildən sonra ilk dəfə İrana gedib

Bu ölkədə 38 məktəblini ildırım vurdu

İsrail əsgəri məsciddə "Qurani-Kərim"i yandırdı

Bu ölkədə quş qripinə ilk yoluxma qeydə alındı

Nazir yeni idarə rəisi təyin etdi - FOTO

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirildi - FƏRMAN

İlham Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir TƏYİN ETDİ

Maaşlarda nə qədər artım olacaq? - AÇIQLAMA

Azərbaycanda işləməyən şəxslərə pul verilə bilər

Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılır

Sabah 27° isti olacaq

Şahin Mövsümov istefa verdi - Yerinə Anar Quliyev seçildi

Erməni milyarderlə toyu baş tutmayan Səbinə Əhmədova yeni sevgilisi ilə görüntüləndi

Bişkekdə bomba xəbərdarlığı - Hava limanı boşaldıldı

Dünya ölkələrinin təəccübləndirən qadağaları

İsrail bu 2 ölkədəki səfirlərini geri çağırdı

Bakı İlahiyyat Kollecinə qəbul elan edildi

Hərbçilərə təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyası ödəniləcək

Deputatların əmək pensiyasına əlavələr yeni qaydada hesablanacaq

Bu şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

Neftimiz ucuzlaşdı

Əli Əsədov və Ceyhun Bayramov Rəisinin anım mərasiminə gedir

Bu günə olan valyuta məzənnələri

Rusiyada nüvə silahı təlimləri başlayıb

Alimlər "şimal işıqları" deyilən yaşıl şüanın sirrini açdı

Təhlükəli səviyyədə civə miqdarı olan balıq növləri aşkarlanıb

Bütün xəbərlər