"Başçı mənə deyir, H.Əliyevin vaxtında döyüşmüsən, get evi də ondan istə"  - ŞOK İDDİA // VİDEO

"Sən Heydər Əliyevin vaxtında vuruşmusan get evi də ondan istə. Mənim üçün döyüşməmisən ki, İlham Əliyev üçün döyüşmüsən də, köməyi də sənə o etsin".

"DogruXeber.az" bildirir ki, bu sözləri Siyəzən rayon sakini - İkinci qrup Qarabağ əlili Hidayət Quliyev "Kanal14"ün efirində canlı yayımlanan "Kamalın zamanı" proqramında deyib.

Onun iddiasına görə, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun qəbulunda olduğu zaman başçı ona belə deyib.

O, N.Novruzov ki, barəsində yerli medialarda kifayət qədər tənqidi materiallar yer alır.

Adı Ramiz Mehdiyevlə birlikdə çəkilən 69 yaşlı icra başçısının Vikipediyasına nəzər saldıqda ömrünün yarısını İcra Hakimiyyəti başçısı kürsülərində keçirdiyi aşkar görünür. Özü də İstər Lerik, istər Goranboy, istər Şabran, istərsə hazırda İcra başçısı olduğu Siyəzən rayonunda kifayət qədər vətəndaşları özündən narazı salıb. Hətta, vəzifəni o qədər "mənimsəyib" ki, onu vəzifəyə təyin edən şəxsi - ölkə başçısını belə unudub. Ona görə də vətəndaşa - özü də müharibə əlilinə deyir "mənim üçün döyüşməmisən ki, İlham Əliyev üçün döyüşmüsən, get sənə o kömək eləsin".

Hidayət Quliyev bildirir ki, "Evim olmadığı üçün köhnə uşaq bağçasında məskunlaşmışam. Özüm birinci Qarabağ müharibəsində vuruşmuşam. İkinci qrup əliləm. Müharibədə yaralandığım üçün əmək qabiliyyətimi itirmişəm. Çalışmaq, özüm üçün ev-eşik qurmaq imkanım olmayıb. Otuz ildir ailəmlə birlikdə köhnə, uçuq-sökük bağça binasında yaşayıram. Yağış yağanda demək olar ki, yaşadığım otağın içinə yağır.



Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Siyəzən rayon İcra Hakimiyyətinə müraciət etmişəm ki, məni yaşamaq üçün normal şəraitli bir evlə, otaqla təmin etsinlər.

Novruz Novruzov məni təhqir edir, mənə "başıxarab" deyib, qovur. Deyir, "Sən Heydər Əliyevin vaxtında döyüşmüsən, get evi də ondan istə. Məndə ev yoxdur. Mənim üçün döyüşməmisən ki, İlham Əliyev üçün döyüşmüsən, get köməyi də o eləsin".

Millət vəkilinə müraciət edirəm, o da icra hakimiyyətinə deyir. Ona görə də 30 ildir mən bu vəziyyətdə yaşamaq məcburiyyətində qalmışam. Novruz Novruzov vətəndaşları qəbul etmir. Avtomobili ilə birbaşa binanın qarajına girir, oradan da liftlə yuxarı - otağına qalxır. Üzünü belə göstərmir."

Bundan əlavə müharibə əlili bildirir ki, "Novruz Novruzovun tövləsi mənim yaşadığım yerdən milyon dəfə üstün şəraitlidir".

Qeyd edək ki, Hidayət Quliyevin iddiası ilə bağlı dəfələrlə Siyəzən rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlayıb məsələyə münasibət öyrənməyə çalışdıq.

Əvvəl, may ayının 11-də zəng etdik, dəstəyi qaldıran şəxs (adının çəkilməsini istəmədi) bildirdi ki, "idarədə heç kim yoxdur. Mən də şəkilləri düzəltməyə gəlmişəm. Siz nömrəni verin, mən bildirərəm, sizinlə əlaqə saxlanılar". Bundan sonra iki gün telefona cavab verən olmadı. Nəhayət iki gün sonra dəstəyi qaldıran oldu. Özünü növbətçi kimi təqdim edən şəxs də bizim telefon nömrəmizi götürdü ki, "indi iclasdadırlar, çıxsınlar nömrənizi verəcəm özləri yığacaqlar". Lakin, nə axşamı, nə ertəsi günü - ümumiyyətlə Siyəzən rayon İcra Hakimiyyətində heç bir kimsə mövqe bildirmədi. İki gün sonra yenidən zəng etdik. Bu dəfə də dəstəyi həmin şəxs qaldırdı və yenə də əlaqələndirəcəyi sözünü verdi, yenə də bir neçə gün gözlədik bizimlə əlaqə saxlayan olmadı.

Belə olan halda, biz təkrar Siyəzən rayon İcra Hakimiyyətinə zəng etdik. Bu dəfə isə dəstəyi özünü növbətçi kimi təqdim edən başqa bir şəxs götürdü və o söz verdi ki, qısa zamanda sizinlə əlaqə saxlanılacaq.

Belə də oldu. Aradan bir neçə dəqiqə keçmişdi ki, ümumi şöbənin müdiri bizimlə əlaqə saxladı. Məsələləri onun diqqətinə çatdırdıq.

Lakin, onun verdiyi cavab da ənənəvi oldu. Şöbə müdiri bildirdi ki, "Bizə nazirlikdən məktub gəlməlidir ki, o məktub əsasında biz bələdiyyəyə müraciət edək, ondan sonra vətəndaşa torpaq ayrılsın".

Yeri gəlmişkən, vətəndaş Hidayət Quliyev problemi barəsində seçicisi olduğu millət vəkili Sadiq Qurbanovun qəbuluna düşə bilmədiyi üçün onun köməkçisi Elnur bəyə də müraciət etdiyini demişdi.

Odur ki, "Kanal14"ün canlı efirində Sadiq Qurbanovun köməkçisi Elnur bəyə zəng etdik. Elnur bəy əvvəlcə çox aqressiv danışdı. Vətəndaşı ümumiyyətlə xatırlamadı və "bizim bütün vətəndaşların yanında başımız dikdi. Sadiq müəllim vətəndaşlarla hər zaman görüşlər keçirir, onlara əlimizdən gələn köməkliyi göstəririk" - deyə, öyündü də.



Halbuki, Hidayət Quliyev canlı efirdə Sadiq Qurbanovu yalnız seçkidən əvvəl bir dəfə gördüyünü demişdi.

Əlqərəz...

Biz Hidayət Quliyevin problemini təkrar deputatın köməkçisi Elnur bəyin diqqətinə çatdırdıq.

Elnur bəy çox əmin şəkildə, - "Sabah saat 10-da mənə zəng etsin, problem yoxdur, biz də öz adımızdan İcra Hakimiyyətinə bildirək. Əgər həllini tapmazsa, Sadiq müəllim aidiyyatı üzrə başqa addımları atacaq" - deyə bildirdi.

Hidayət Quliyev iki gün sonra yenidən redaksiyamıza zəng etdi və bildirdi ki, ertəsi gün deyilən saatda Elnur bəyə zəng edib, müraciətini bildirib və ondan sonra onu nə arayan olub, nə də hər hansı bir köməklik təklifi.

Təklif demişkən, "DogruXeber.az" informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov özü Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə əlaqə saxlayıb, ikinci qrup Müharibə əlili Hidayət Quliyevin durumu barəsində məlumat, həmçinin bütün lazımi sənədləri təqdim edib.

Bundan sonra Hidayət Quliyev redaksiyamıza zəng edərək, ƏƏSMN tərəfindən ona zəng edildiyini, Sumqayıt şəhərində mənzil təklif edildiyini və onun da bu təklifi qəbul etdiyini bildirdi.

Növbəti yazılarımızda bu barədə daha ətraflı məlumat dərc edəcəyik.

Diqqətiniz bizdə olsun !

DogruXeber.az
Jalə Asiman


Oxunub: 332

Son xəbərlər

Həbsdə olan general azadlığa çıxmaq istəyir

Milyonlar üçün ümid işığı: Anadangəlmə kor uşaq görə bildi

Hizbullah İsrailə hücuma hazırlaşır - Gərginlik sürətlə artır

İyulun 1-dən kommunal xidmətlərin qiymətləri artacaq

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması qaydası təsdiqləndi

Bazar gününə olan hava proqnozu açıqlandı

Ağsaqqal deputatlar növbədənkənar seçkiyə qatılacaqlarmı?

Bələdiyyələrlə İş Mərkəzinin rəisi vəzifəsindən çıxarıldı

Büdcədən oğurlananlar BELƏ XIRID EDİLİR… – İTTİHAM VAR…

İran İsrailə növbəti dəfə xəbərdarlıq edib

“Kürən Tahir” ləqəbli Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib?! -ŞİKAYƏT/VİDEO

Bakının bu ərazilərində də metro olacaq - VİDEO

Əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun nə vaxt qüvvəyə minəcək?

KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir

"Məhkəməyə gəlməyən şahid barəsində cinayət işi başlayacaq"- MN-nin 143 milyonluq cinayət işi

Nazirlər Kabinetindən AzTV ilə bağlı QƏRAR

Bu ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına dəyişiklik edilib

Əlilliyi olan şəxslər üçün reabilitasiya vasitələrinin növlərinin yeni siyahısı

Milli Məclisin VI çağırışı gələn həftə işini yekunlaşdıracaq

Gəncəyə yeni baş memar təyin edildi

Həbsdə dayana bilmirəm, məni buraxın – Keçmiş icra başçısı

Sakinlərdən Gəncə ŞİH-ə ETİRAZ – “Budanmayan ağacları külək qırıb?

Xəzər dənizində zəlzələ oldu

Milli Məclisin növbəti iclasında bu məsələlər müzakirə ediləcək

Neftimiz bahalaşıb

“Euronews” televiziyasında İlham Əliyevin müsahibəsi yayımlanıb

Kəlbəcərdəki mövqelərimiz ATƏŞƏ TUTULDU

Kliniki ölümdən sonra insan necə dirilir?

Yasamalın icra başçısı sakinlərlə görüşdü - FOTOLAR

Ədliyyə Nazirliyində yeni təyinat

Bütün xəbərlər