CİDDİ XƏBƏRDARLIQ! - Elektronika cihazları işləməyəcək, elektrik kəsiləcək

DogruXeber.az: - Bir müddətdir günəş fırtınalarını tədqiq edən mütəxəssislər kritik xəbərdarlıqlar ediblər.

Buna səbəb Yerdən dörd dəfə böyük olan günəş ləkəsinin lentə alınmasıdır.

Astronomların sözlərinə görə, nəhəng Günəş ləkəsinin istiqaməti Yerə baxır. Onu düzgün avadanlıqla adi gözlə belə görmək olar.

Rekord qıran görüntülərin memarı Daniel K.İnouye Günəş Teleskopu bu dəfə Günəş ləkələrini yaxından göstərə bilib.

ABŞ Milli Günəş Rəsədxanası tərəfindən paylaşılan görüntülərdə Günəşdəki qara nöqtələr aydın görünüb.

Günəş ləkələrinə nəyin səbəb olduğu dəqiq bilinməsə də, bu ləkələri yaxından müşahidə etmək çox vacibdir. Çünki onun yaratdığı tac kütləsinin atılması radioaktiv plazma hissəciklərinin kosmosda hərəkət edərək Yerə çatmasına səbəb olur.

Günəş ləkələrinin Günəşin maqnit sahələrinin xüsusilə aktiv ola biləcəyi ərazilər olduğunu bildirən mütəxəssislər, nəhəng nöqtənin Yerə baxdığı zaman güclü X sinifli partlayış ehtimalının 20% olduğunu qeyd ediblər.

Məlumata görə, Günəş bu cür günəş ləkələrini ortaya çıxara bildiyi 11 illik dövrünün ən yüksək aktivliyinə hazırlaşır. Bu da son aylar Nyu Meksikoya qədər müşahidə edilən auroralar, günəş plazması şəlalələri və günəş qasırğalarının meydana gəlməsinə səbəb olub. Mütəxəssislər qarşıdakı aylarda daha çox aktivliyin olacağını bildiriblər.

Astroloqların hesabatlarına görə, partlayış nəticəsində əmələ gələn hissəciklər Yer kürəsinin ətrafında fırlanan peykləri poza bilər və bu ehtimal 50 faiz civarındadır. Eyni zamanda, mütəxəssislər elektrik enerjisinin kəsilməsi ehtimalının olduğunu diqqətə çatdırıblar.

Bundan əlavə, sözügedən axın Yerdəki bir çox texnoloji cihazı sıradan çıxara bilən radiasiya ehtiva edir.

Günəş küləklərinin Yerin maqnitosferini sarsıdan təsiri də var. Baş verən geotermal fırtınalar orbitdəki peykləri xarab edə bilər.

Kornell Universitetindən olan astronomların və Portuqaliyalı astronomların verdiyi açıqlamalara görə, sonuncusu 1582-ci ildə qeydə alınan nəhəng günəş fırtınalarından yenisi bu əsrdə baş verə bilər.

Həmin dövrə aid yazılı mənbələrdə təbiət hadisəsinin üç gecə yaşanmış kimi səmanı işıqlandırdığı əks olunub. Avropa və Asiyanın onlarla şəhərində müşahidə olunduğu da məlumatlar arasındadır. Hadisə ilə bağlı üzə çıxarılan mətnlərdən birində nəhəng günəş fırtınaları ilə bağlı “Bütün səma alov içində idi, sanki səma alovlanırdı” - deyə bəhs olunub./BAKU.WS


Oxunub: 169

Son xəbərlər

Rusiyanın casus balinası İsveçdə aşkarlandı

“Taliban”-İran qarşıdurması: Zəngəzur və Orta dəhlizə "yaşıl işıq"?

"Tərtər işi" üzrə daha 5 hərbçi araşdırma tələb edir -baş prokurora müraciət

Ərdoğan Putinlə razılaşdı

Lerikdə torpaq qalmaqalı – Məhkəmə qətnaməsi niyə icra edilmir?

Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - İDDİA

Qarabağ və Şərqi Zəngəzur üçün əlavə vəsait ayrılır

Zelenskiyə dövlətə xəyanət maddəsi ilə cinayət işi açıla bilər

Sabah 34° isti olacaq

Nazir 3 rəisi vəzifəsindən azad etdi - SİYAHI

Azərbaycan müdafiə xərclərini artırır

Vahid Ələkbərovun oğlunun sərvəti açıqlandı

Muxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLARMuxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLAR

Samir Şərifov bu işçisinə YİYƏ DURMALIDIR... - açıq-aşkar NARAZILIQ YARADIR

Azərbaycana gələn İsrail nümayəndə heyətinə bunlar qadağan edildi

Azərbaycanla İsrail arasında Əməkdaşlıq Planı imzalandı

Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir

Rüfət Quliyev bu vəzifəsindən azad edildi

Elxan Qasımov dəfn edildi

Azərbaycanda yeni müavinət növləri təsis edilir

"Ay müəllim, heç Azərbayanda heç kim imtahanı özü vermir": Cəlilovun təyin etdiyi Arxiv müdirinin etirafı - FOTO

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

MİQ üzrə elektron sənəd qəbulu başa çatıb

“Azərişıq” Zod yaşayış məntəqəsində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırdı - VİDEO

"Son yaş həddi 70-ə qaldırılsın" - Deputatdan TƏKLİF

Ərdoğan prezident seçildikdən sonra ilk bu ölkəyə GEDƏCƏK

Milli Məclisin iclası başladı

Emin Ağalarov atasının şirkətindən ayrıldı

Mövqelərimiz atəşə tutuldu

İsrail Prezidenti Azərbaycana gəldi

Bütün xəbərlər