gundem / siyaset
25.05.2023, 11:45
Xarici işlər nazirinin müavini: Azərbaycan İsrailin öz ərazisindən İrana hücum etməsinə icazə verməyəcək
Azərbaycan başqa ölkələrin münaqişələrinə qarışmır, ona görə də İsrailin öz ərazisindən İrana hücum etməsinə imkan verməyəcək.
"DogruXeber.az" Haqqin.az -a istinadən xəbər verir ki, bu barədə İsrailin "Kanal 9" televiziyası Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin İsrail mətbuatına müsahibəsində bildirib.
Kanal 9 bu azərbaycanlı rəsminin İsrailə “Qeyri-müəyyənlik dövründə baxış və strategiya” mövzusunda konfransda iştirak etmək üçün gəldiyini bildirib.
"Təəssüf ki, İranla münasibətlərimiz çox aşağı səviyyədədir", - Rzayev qeyd edib. “Biz dünyəvi dövlət olaraq beynəlxalq münasibətlərə dini fanatizmin gətirilməsinin qəti əleyhinəyik”.
Xarici işlər nazirinin müavini həmçinin bildirib ki, Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin bərpasında fəal iştirak edib.
"İki ölkə bizim köhnə və yaxşı dostlarımızdır", - Rzayev bildirib. “Və dostlarımız arasında fikir ayrılığı olanda onların ortaq dil tapması üçün hər şeyi etdik”.