Yunanıstan məhkəməsi 11 il sonra Eldar Mansurovun şikayəti ilə bağlı qərar verdi

Yunanıstanda "Esena Mono" mahnısının musiqisinin müəllifliyi ilə bağlı 11 il davam etmiş məhkəmə işi yekunlaşıb.

"DogruXeber.az" xəbər verir ki, Yunanıstan Ali Məhkəməsi yekun qərarı ilə "Esena Mono" vasitəsilə Xalq artisti Eldar Mansurovun "Bayatılar" mahnısının musiqisi üzərindəki müəlliflik hüquqlarının pozulmasını tanıyıb.

Bəstəkar Eldar Mansurov "Bayatılar"ı 1988-ci ildə bəstələyib, həmin musiqi əsəri üzərində bütün şəxsi və iqtisadi müəlliflik hüquqlarına malik yeganə şəxsdir.

Sözügedən mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşovanın ifasında audiovisual formatda lentə alınıb.

2008-ci ildə Eldar Mansurov bəstəsinin oğurlandığı və "Esena Mono" adı ilə təqdim olunduğunu öyrənib. Müəllif hüquqları pozulan Mansurov "Esena Mono"nun müəllifi kimi qeyd edilən yunan bəstəkar Dimitris Kontopulosa və əsərin yayımını həyata keçirən "Sony Music Entertainment Hellas AE" şirkətini məhkəməyə verib. O, mahnının yayılmasının dayandırılmasını tələb edib. 2011-ci ildə Mansurov öz hüquqlarını müdafiə etmək məqsədilə Afina Çoxtərkibli Birinci İnstansiya Məhkəməsinə cavabdehlər Dimitris Kontopulos və “Sony Music Entertainment Hellas AE” şirkətinə qarşı müəlliflik hüquqlarının pozulması ilə bağlı iddia ilə müraciət edib. Həmin iddia ilə bağlı iş 11 il davam edib. Bu müddət ərzində işə Yunanıstanın hər 3 məhkəmə instansiyasında baxılıb. Yunanıstan Ali Məhkəməsi cənab Kontopulosun bundan sonra “Esena Mono” adlı musiqi əsərinin və ya “Bayatılar”ın musiqisinin hər hansı bir hissəsindən, yaxud onun dəyişdirilməsindən ibarət hər hansı digər əsərin bəstəkarı kimi çıxış etməyi qadağan edib.


Oxunub: 96

Son xəbərlər

Rusiyanın casus balinası İsveçdə aşkarlandı

“Taliban”-İran qarşıdurması: Zəngəzur və Orta dəhlizə "yaşıl işıq"?

"Tərtər işi" üzrə daha 5 hərbçi araşdırma tələb edir -baş prokurora müraciət

Ərdoğan Putinlə razılaşdı

Lerikdə torpaq qalmaqalı – Məhkəmə qətnaməsi niyə icra edilmir?

Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - İDDİA

Qarabağ və Şərqi Zəngəzur üçün əlavə vəsait ayrılır

Zelenskiyə dövlətə xəyanət maddəsi ilə cinayət işi açıla bilər

Sabah 34° isti olacaq

Nazir 3 rəisi vəzifəsindən azad etdi - SİYAHI

Azərbaycan müdafiə xərclərini artırır

Vahid Ələkbərovun oğlunun sərvəti açıqlandı

Muxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLARMuxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLAR

Samir Şərifov bu işçisinə YİYƏ DURMALIDIR... - açıq-aşkar NARAZILIQ YARADIR

Azərbaycana gələn İsrail nümayəndə heyətinə bunlar qadağan edildi

Azərbaycanla İsrail arasında Əməkdaşlıq Planı imzalandı

Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir

Rüfət Quliyev bu vəzifəsindən azad edildi

Elxan Qasımov dəfn edildi

Azərbaycanda yeni müavinət növləri təsis edilir

"Ay müəllim, heç Azərbayanda heç kim imtahanı özü vermir": Cəlilovun təyin etdiyi Arxiv müdirinin etirafı - FOTO

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

MİQ üzrə elektron sənəd qəbulu başa çatıb

“Azərişıq” Zod yaşayış məntəqəsində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırdı - VİDEO

"Son yaş həddi 70-ə qaldırılsın" - Deputatdan TƏKLİF

Ərdoğan prezident seçildikdən sonra ilk bu ölkəyə GEDƏCƏK

Milli Məclisin iclası başladı

Emin Ağalarov atasının şirkətindən ayrıldı

Mövqelərimiz atəşə tutuldu

İsrail Prezidenti Azərbaycana gəldi

Bütün xəbərlər