İlham Əliyev Zurabişviliyə təbrik məktubu göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu göndərib.

"DogruXeber.az" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

26 May – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir.

Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar vardır.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə Azərbaycan-Gürcüstan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da genişlənməsinə nail olacağıq.

Belə bir əlamətdar bayramda Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Oxunub: 162

Son xəbərlər

Rusiyanın casus balinası İsveçdə aşkarlandı

“Taliban”-İran qarşıdurması: Zəngəzur və Orta dəhlizə "yaşıl işıq"?

"Tərtər işi" üzrə daha 5 hərbçi araşdırma tələb edir -baş prokurora müraciət

Ərdoğan Putinlə razılaşdı

Lerikdə torpaq qalmaqalı – Məhkəmə qətnaməsi niyə icra edilmir?

Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - İDDİA

Qarabağ və Şərqi Zəngəzur üçün əlavə vəsait ayrılır

Zelenskiyə dövlətə xəyanət maddəsi ilə cinayət işi açıla bilər

Sabah 34° isti olacaq

Nazir 3 rəisi vəzifəsindən azad etdi - SİYAHI

Azərbaycan müdafiə xərclərini artırır

Vahid Ələkbərovun oğlunun sərvəti açıqlandı

Muxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLARMuxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLAR

Samir Şərifov bu işçisinə YİYƏ DURMALIDIR... - açıq-aşkar NARAZILIQ YARADIR

Azərbaycana gələn İsrail nümayəndə heyətinə bunlar qadağan edildi

Azərbaycanla İsrail arasında Əməkdaşlıq Planı imzalandı

Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir

Rüfət Quliyev bu vəzifəsindən azad edildi

Elxan Qasımov dəfn edildi

Azərbaycanda yeni müavinət növləri təsis edilir

"Ay müəllim, heç Azərbayanda heç kim imtahanı özü vermir": Cəlilovun təyin etdiyi Arxiv müdirinin etirafı - FOTO

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

MİQ üzrə elektron sənəd qəbulu başa çatıb

“Azərişıq” Zod yaşayış məntəqəsində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırdı - VİDEO

"Son yaş həddi 70-ə qaldırılsın" - Deputatdan TƏKLİF

Ərdoğan prezident seçildikdən sonra ilk bu ölkəyə GEDƏCƏK

Milli Məclisin iclası başladı

Emin Ağalarov atasının şirkətindən ayrıldı

Mövqelərimiz atəşə tutuldu

İsrail Prezidenti Azərbaycana gəldi

Bütün xəbərlər