Azərbaycan Macarıstana qaz təchiz etməyə BAŞLAYIR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb.

"DogruXeber.az" xəbər verir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən və Avropaya əlavə qaz həcmlərinin tədarükü ilə bağlı görülən işlərdən danışılıb.

Görüş çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, ötən ilin dekabrında Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, habelə cari ilin aprel ayında “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin təbii qaz ticarəti, maye təbii qaz (LNG) təchizatı, qaz anbarlarının istifadəsi istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulur.


Oxunub: 322

Son xəbərlər

Alqoloq Vüsal Eyvazovun "pul tələsi" - ŞİKAYƏT

Yol polisindən sürücülərə MÜRACİƏT

8 milyona satılan restoran hansı keçmiş məmurundur? — FOTO

Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında

Azərbaycan Bayrağı “Ginnesin rekordlar kitabı”na düşdü

Gürcü müxalifəti hərəkətə keçdi

Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? — TAM SİYAHI

2035-ci ilə qədər pinqvinlərin nəsli kəsilə bilər

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

Kuleba Antalyadakı danışıqlardan danışdı: "Lavrov müharibə olacağını bilmirdi"

COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı

Yasamal rayon ictimaiyyəti Zəfər Gününü təntənə ilə qeyd edir - FOTO

İlham Əliyev ailə üzvləri ilə birlikdə Zəfər parkının açılışını etdi

Trampın maaşı nə qədər olacaq və nə qədər sərvəti var?

Şənbə gününə olan hava proqnozu

Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi-“Məhkəmə qərarını saya salmır”-VİDEO

"Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir" - Azərbaycan lideri

Azərbaycanla Özbəkistan arasındakı Müqavilə təsdiqləndi

Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq

DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...

İlham Əliyev bu sazişi təsdiqlədi

Prezident bu qanunda dəyişiklik edib

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiqlənib

Prezident ailə üzvləri ilə Dövlət Bayrağı Meydanında

Prezident və birinci xanım Zəfər parkının açılışında iştirak etdi

Azərbaycan Dəmir Yolları bu reysləri LƏĞV ETDİ

"Biləcəridən o tərəfə" keçməyən telekanallarımız və "Haber Global"... - Yeni layihə adımıza layiq olacaqmı?

Türkiyə səfiri Azərbaycanı təbrik etdi

Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI

Məşhur kriptovalyuta şirkətinin direktoru qaçırıldı - Detallar

Bütün xəbərlər