gundem / hadise / Cəmiyyət
3.06.2023, 17:00
Səfirliyin 347 min manat vəsaitini qumara xərcləməkdə günahlandırılan attaşe həbs edilib
"DogruXeber.az" bildirir ki, Nəcib Osmanov vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir
İyunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə sabiq attaşesi Nəcib Osmanovun həbsi barədə qərar çıxarıb.
Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Nəcib Osmanovun mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsini, həmçinin məhkəmə zalında həbs olunmasını istəyib.
Attaşe külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.
N.Osmanovun vəkilinə müdafiə çıxışına hazırlaşmaq üçün iyunun 5-dək vaxt verilib.
Bildirilir ki, Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunub:
“İş üzrə dəymiş ziyanın 77 min dolları ödənilib. Nəcib Osmanova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb”.//siam.az