gundem / siyaset
5.06.2023, 12:45
"Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil" - Mirzoyan
Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil, çünki bunun üçün mandatı yoxdur.
"DogruXeber.az" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.
"Bəli, biz Qarabağ xalqından (Qarabağda yaşayan ermənilərdən - red.) onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz iddia və buna cəhd də etmirik", - deyə Mirzoyan qeyd edib.
Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız Qarabağda yaşayan ermənilərlə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir.