“Nərmin işi”nə yenidən baxılacaq? - AÇIQLAMA

DogruXeber.az: - Xəbər veridiyimiz kimi, Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanova hökm oxunub. Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu qərar isə onun yaxınları tərəfindən narazılıqla qarşılanıb. Onlar İ.Süleymanovun cinayətkar olmadığı ilə bağlı fikirlər səsləndirir, aidiyyatı qurumlardan “Nərmin işi”nə yenidən baxmağı tələb edirlər.

Bu səbədən İ.Süleymanovun işinə yenidən baxıla biləcəyi barədə xəbərlər dolaşır. Bəs, bu, mümkündürmü?

Məsələ ilə bağlı Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Bakupost.az -a açıqlamasında vurğulayıb ki, “Nərmin işi”ndə müəyyən təzadlar var:

“Məsələ ilə bağlı istintaqda qüsurların olduğunu mediadan da görürük. Məhkəmə sənədlərində problemlərin çoxu çözülməyib, araşdırılmayıb. Mühakimə prosesindəki şübhələr çürüdülməyib. Şəxsin cinayəti tam sübuta yetirilmədiyi müddətdə onu cinayətkar adlandırmaq, məhkum etmək olmaz. Ona görə də, bu qərar ictimai vicdanda narahatlıq doğurub. Çünki İ.Süleymanov haqqında verilən ekspertizalar, hadisə haqqında məlumatlarla bağlı təzadlar mövcuddur. Bu təzadların aradan qaldırılması da məhkəmənin işi idi. Təəssüf ki, məhkəmə bu məsələnin üzərindən sükutla keçdi”.

Hüquqşünas İ.Süleymanovun işinə baxılması üçün daha iki imkanın olduğunu bildirib:

“Azərbaycanda məhkəmə-mühakimə sistemi üçpilləlidir. Bu məsələ ilə bağlı isə sadəcə, birinci pillə qərar verib. Bu o deməkdir ki, İ.Süleymanovun daha iki imkanı var: apellyasiya və Ali Məhkəmədə işə təkrar baxma mərhələləri. Əlavə olaraq, 4-cü stansiya olmasa da, şəxsin ədalətli mühakimə olunmaması və qanunsuz şəkildə azadlıqdan məhrum edilməsinə görə Avropa Məhkəməsinə müraciət edilə bilər. Onunla bağlı verilmiş qərar Apellyasiya Məhkəməsində qüvvədə qalarsa, Ali Məhkəmə imkanı var. Ali Məhkəmədə də qüvvədə qalarsa, ədalətli mühakimə hüququnun pozulması ilə bağlı Avropa Məhkəməsi və vəkillərinə müraciət edə bilər”.


Oxunub: 336

Son xəbərlər

Əfv Komissiyası 700-dən çox müraciətə baxdı

Paşinyan demarkasiyanın aparıldığı xəritələri göstərdi - VİDEO

"Ölkəmizdə 10 ballıq bölgələr də mövcuddur" - Qurban Yetirmişli

Bakının bu prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Misirin XİN rəhbəri 44 ildən sonra ilk dəfə İrana gedib

Bu ölkədə 38 məktəblini ildırım vurdu

İsrail əsgəri məsciddə "Qurani-Kərim"i yandırdı

Bu ölkədə quş qripinə ilk yoluxma qeydə alındı

Nazir yeni idarə rəisi təyin etdi - FOTO

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirildi - FƏRMAN

İlham Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir TƏYİN ETDİ

Maaşlarda nə qədər artım olacaq? - AÇIQLAMA

Azərbaycanda işləməyən şəxslərə pul verilə bilər

Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılır

Sabah 27° isti olacaq

Şahin Mövsümov istefa verdi - Yerinə Anar Quliyev seçildi

Erməni milyarderlə toyu baş tutmayan Səbinə Əhmədova yeni sevgilisi ilə görüntüləndi

Bişkekdə bomba xəbərdarlığı - Hava limanı boşaldıldı

Dünya ölkələrinin təəccübləndirən qadağaları

İsrail bu 2 ölkədəki səfirlərini geri çağırdı

Bakı İlahiyyat Kollecinə qəbul elan edildi

Hərbçilərə təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyası ödəniləcək

Deputatların əmək pensiyasına əlavələr yeni qaydada hesablanacaq

Bu şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

Neftimiz ucuzlaşdı

Əli Əsədov və Ceyhun Bayramov Rəisinin anım mərasiminə gedir

Bu günə olan valyuta məzənnələri

Rusiyada nüvə silahı təlimləri başlayıb

Alimlər "şimal işıqları" deyilən yaşıl şüanın sirrini açdı

Təhlükəli səviyyədə civə miqdarı olan balıq növləri aşkarlanıb

Bütün xəbərlər