Şahbuzda 42 ailə ÇƏTİN DURUMDA - GİLEY

DogruXeber.az: - Şahbuz rayon Mahmudoba kəndində 42 ailə bir aydan artıqdır ki, susuz qalıb. Buna səbəb onları həm içməli, həm suvarma, həm də məişətdə işlətdikləri su ilə təmin edən artezian quyusunun işləməməsidir. Həmin 42 ailə içməli suyu bəzən kilometrlərlə yol qət edərək, əllərində daşımalı olur.

Kənd sakinlərinin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb.

Kənd sakinlərindən Alməmməd Məmmədov deyir ki, üstəlik, işləməyən artezan üçün onlardan aylıq pul da tələb edirlər:

“Yayın istisində insanlara zülm edirlər. Quyunun motoru yanıb, düzəldən yoxdur. Sadə bir məısləyə görə bir aydan çoxdur ki, içməli suyu hər kəs ya vaxtı ilə özü üçün su çəkmiş qonşusundan, ya da müxtəlif çənlərlə uzaq məsafədən daşıyıb gətirməli olur. Dəfələrlə icra hakimiyyətinə müraciət etsək də əhəmiyyət verən olmayıb. Üstəlik, hər ay bizdən işləməyən artezian quyusundan „su işlətdiyimiz“ üçün pul da yığılır. Yerli icra nümayəndəliyi və bələdiyyə də problemə biganə yanaşırlar ”.

Digər kənd sakini Rizvan Talıbov isə bildirir ki, problem tez bir zamanda həll olunmazsa, yaxın vaxtlarda həyətlərdəki meyvə ağaclarının tamamilə qurumaq təhlükəsi var:

“Xoşbəxtlikdən bu il yağıntılı keçdi. Yağışlı hava şəraiti olmasaydı həyətlərdəki bütün meyvə ağacları quruyardı. Əziyyət olsa da içmək, məişətdə istifadə etmək üçün suyu əlimizdə daşıyırıq, lakin ağacları heç cürə suvara bilmirik. Əkinlərimiz də məhv olub gedir. Problemlə kimsə maraqlanmır. Yerli qurumlar isə ancaq pul yığmaqla məşğuldurlar. Bu gün, sabah düzələcək desələr də, bir aydan artıq vaxt keçir. 21-ci əsirdə bu cür sadə problemin aylarla həll olunmaması aidiyyəti qurumların insanların problemlərinə biganə olduğunun göstəricisidir. İstəsələr bir günə həll edə bilərlər. Sanki, insanlara əziyyət verməkdən zövq alırlar. Yaxın vaxtlarda problem həllini tamasa, əhalinin təsərrüfatına da ciddi ziyan dəyəcək. Meyvə ağacları da quruyacaq“.

Şahbuz rayon İcra Hakimiyyətindən kənd sakinlərinin şikayətinə münasibət bildirmək istəmədilər.


Oxunub: 315

Son xəbərlər

Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası təsdiqlənib

Putin Priqojinin keçmiş köməkçisinə yeni vəzifə verdi

Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək

"Baykar" Ukraynada zavodun tikintisinə 100 milyon dollar sərmayə qoyub

Türkiyə XİN-dən ABŞ-də ermənilərin təxribatlarına REAKSİYA

Zəngilan şəhərində “taunhaus” tipli evlər olacaq

“Tuğ” Qoruğunun statusu müəyyənləşdi - QƏRAR

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq

Davit Babayan da həbs olundu - RƏSMİ

Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO

İgidəlinin işçi canı hesabına İGİDLİYİ

Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR

İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? - AKTUAL

Bu il Şuşada 17 binadan ibarət kompleks tikiləcək - Xüsusi nümayəndə

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Şuşadan Füzuli aeroportuna gedən yolun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Eldar Mahmudov üzə çıxdı

Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları TAPILDI

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul EDİB

Milli Qəhraman Riad Əhmədovla vida mərasimi keçirilir - FOTOLAR

Ermənilərin pis rəftara məruz qalması ilə bağlı məlumat yoxdur - BMT QAK

Yol polisindən paytaxt sakinlərinə və sürücülərə MÜRACİƏT

Ordumuz Xocavənddə artilleriya qurğuları müsadirə edib - VİDEO

Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

Neftimiz UCUZLAŞDI

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir -VİDEO

Bütün xəbərlər