gundem / dunya / sou
21.06.2023, 14:30
Rıza Kocaoğludan yeni layihə üçün yeni görüntü
Keçən apreldə finala çıxan "Tuz" serialındakı "Güvən" obrazına həyat verən uğurlu aktyor Rıza Kocaoğlu üzərinə götürəcəyi yeni layihə üçün həm saç əkdirib, həm də bığ saxlayıb.
Rıza Kocaoğlu daha əvvəl "Çukur" serialında kamera qarşısına keçən həmkarı Kadir Çermik və dostları ilə Cihangirdə bir məkanda oturub, xeyli söhbət edib.
"DogruXeber.az" cnnturk- ə istinadən bildirir ki, Məşhur aktyor, "Rıza, sən bığ qoymusan. Bilirik ki, yeni layihə üçündür. Bir az danışa bilərsənmi?" - sualına, - “Dostlar, indi sizə deyə bilərəm ki, “Tezliklə çox yaxşı bir layihə ilə gəlirik” - deyə cavab verib.
DogruXeber.az
Nərminə Əyyubova