İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

"DogruXeber.az" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir.

Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.

Əziz bacı və qardaşlarım!

Ümidvaram ki, bu mübarək bayram günlərində dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradan mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!"


Oxunub: 119

Son xəbərlər

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? – VİDEO

"WhatsApp"da yeni era: Səsli mesajlar mətnə çevrilir

Milli Mətbuatın kökünə vurulan BALTA – Əhməd İsmayılov “mətbuat qəssabı” olaraq tarixə düşür

İki məşhur Müsavatçı deputatlığa namizəd oldu

Bakıda Xocalı qatilinə hökm oxundu - FOTO

FHN-də kürsü savaşı – Asiman Hüseynov Cəbrayıl Xanlarovu yerindən edir?

Dövlət Agentliyinin mətbuat xidmətinə rəhbər təyin olundu

FHN bu şirkətlərə 2 milyonluq - SİFARİŞ VERDİ

Seçki ilə bağlı Avropa Şurasına dəvət göndəriləcək?

Azərbaycan Paris Paralimpiadasına daha bir lisenziya qazandı

`Reo-Med` adlı QƏSSABXANA... CAN ALIR... - İLGİNC FAKTLAR

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Mətbuat prospektində hərəkət məhdudlaşdırılacaq

İcra başçısı Qızıldaşda daş-çınqıl qoymadı – FOTO

"CƏNNƏT" restoranında SKANDAL: restoranın sahibi dava saldı... - HƏBS OLUNDU

Mərhum şairin güldanı oğurlandı - Qızı kimdən şübhələnir?

Uşağa Aşura gününü savadlı şəkildə təbliğ ETMƏK LAZIMDIR!

Tovuz döyüşlərindən 4 il ötür

COP29: Quruyan Xəzər dənizi və Hacıqabul gölü problemi - İqlim dəyişikliyinə qarşı mübarizə

“Cavab almaq mümkün olmur…” – Vəkillər İnzibati orqanlardan ŞİKAYƏTLƏNDİ

"Laçın dəhlizini Paşinyan bağladı" - Keçmiş baş nazir

Makron Ermənistan-Azərbaycan sülh müqaviləsindən danışdı

Baş Prokurorluqda yeni təyinatlar - FOTO

İctimai nəqliyyatda tələbələr üçün güzəşt ola bilər

Azər Məmmədovun qanunsuz şirkətləri büdcəyə necə ziyan vurur? – İTTİHAM VAR…

Fəzail Ağamalının yerinə qızı deputatlığa namizəd olur? — Özündən AÇIQLAMA

“Dəmir Yolları”nda DƏMİR KİMİ YEYİNTİ… – RƏSMİ İFŞA…

"İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına çalışırıq" - Ərdoğan

Rusiyadan İrəvan-Minsk münasibətləri ilə bağlı AÇIQLAMA

Bayden Zelenskiyə "Putin" adı ilə müraciət etdi

Bütün xəbərlər