Vətənin OĞUL dediyi şəhidim - VİDEO

27.06.2023-cü il!
Daha bir şəhidimiz Əhmədov Bəhruz Səttar oğlunun doğum günüdür.
O Bəhruz Əhmədov ki, balaca bədənində Vətənin bütövlüyü uğrunda ölümə gedəcək qədər böyük ürək daşıyırdı...
O Bəhruz Əhmədov ki, üç mindən çox digər şəhidlərimiz kimi o da qısa ömründə bundan sonra minilliklər boyu yaşayacaq AZAD AZƏRBAYCANımızın tarixini sığdırdı, dünyaya Azərbaycan ordusunun, türkün gücünü göstərən igidlərdən biri oldu.

Onlar 30 il işğal altında qalan torpaqlarla bərabər, 30 ilin qisasını da düşməndən aldılar.

Vətənə borcunu yerinə yetirərkən şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımızı tanımaq və tanıtmaq da hər birinizin vətəndaş borcudur.

"DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalı həftənin 4 günü özümüzün özümüz üçün seçdiyimiz məhz bu missiyanı yerinə yetirməkdə davam edir. Belə ki, hər gün 5 şəhid haqqında ətraflı məlumat verilir, şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin yanında olur, həmçinin şəhid ailələri, qazilər və ümumiyyətlə müharibə iştirakçılarını narahat edən problemləri ictimailəşdirir və aidiyyatı üzrə qurumlarla əlaqə saxlayaraq, onları narahat edən məsələləri diqqətə çatdırılır.

Yeri gəlmişkən, "DogruXeber.az" kollektivi olaraq iyunun 27-də yuxarıda adını qeyd etdiyimiz Bəhruz Əhmədovun evində - ailəsinin təşkil etdiyi doğum günü tədbirində iştirak etdi və elə tədbiri "Kanal14"ün efirindən canlı yayımladı.



Bəhruz Əhmədov 27 iyun 1997-ci ildə Sabirabad rayonun Balakənd kəndində anadan olub. 2003-cü ildə Sabirabad rayonu H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuş, orta məktəbi bitirdikdən sonra Sabirabad rayon Peşə Liseyinə daxil olub. Bəhruz Əhmədov 2015- ci ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılır. O, Tovuz rayonu “N”saylı hərbi hissəsində xidmət keçir. Özünün yüksək peşə hazırlığı, şəxsi keyfiyyətləri, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməsi ilə seçilib, komandanlığın dərin hörmətini qazanır. Bəhruzun uşaqlıqdan idmana böyük həvəsi vardı. Cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynamışdır. Bəhruz böyük arenalarda özünü sınadı və həmişə də qələbə ilə evə dönürdü.

Əsgəri xidmətini Tovuz bölgəsində başa vurub, 2017-ci ildə ordu sıralarından təxris olunub. Bundan sonra öz üzərində ciddi çalışmaqla bir sıra uğurlara imza atıb. O, müxtəlif çəki dərəcələri üzrə Respublika Çempionatı və Birinciliyində iştirak edib, diplomlarla mükafatlandırılıb.

Vətənin OĞUL dediyi şəhidim - VİDEO

Tanınmış idmançı olan Bəhruz Əhmədov idmana həvəsi olan uşaqlara və gənclərə bu qədim döyüş növünün sirlərini öyrətməyə başlayıb. Bəhruz müəllimliklə yanaşı, öz üzərində ciddi çalışmaqda davam edib və 2019- cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika birinciliyində birinci yeri tutub, ”qara kəmər”ustası adına layiq görülüb. 2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsində iştirak etmək üçün sentyabrın 28-də Sabirabad rayon Hərbi Komissarlığına gedərək, könüllü ordu sıralarına yazılır.

Əhmədov Bəhruz oktyabrın 20-də Qubadlı uğrunda gedən şiddətli döyüşlərində ağır yaralanıb və şəhidlik məqamına yüksəlib. Doğulduğu Balakənd kəndində torpağa tapşırılan Əhmədov Bəhruz Səttar oğlu ölümündən sonar ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ”Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

DogruXeber.az


Oxunub: 430

Son xəbərlər

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib? - İDDİA

Qüdsi Osmanov Rumıniyaya səfir təyin olunub

Aydın Talıbova məxsus Araz marketdə növbəti rəzillik: Mənim uşaqlarıma nəysə olarsa kim cavab verəcək? - VİDEO

“Nə bilərdim ki, başımın altında əfi ilan saxlamışam” - Generalın məhkəməsində söz savaşı

Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi (SİYAHI)

Əmək hüququ pozulan vətəndaş hansı addımı atmalıdır? - Vəkildən çağırış

Avropada cinsi yolla ötürülən infeksiyaların artması

Tədqiqat bel ağrısını onurğa 'amortizatorlarında' bir hüceyrə alt növü ilə əlaqələndirir

Ülvi Baxşəliyev Azərbaycanın Moldovadakı səfiri təyin olunub

"24 saat ərzində Qəzzada 310 fələstinli öldürülüb" - BMT

Antarktika pinqvinlərində həddindən artıq yuxu davranışı tapıldı

Bərdədə Atamoğlan əməlli-başlı ATAMANLIQ EDİR... - NARAZILIQ VAR...

Azərbaycanın gömrük postlarında 1 800-dən çox yük maşını gözləyir

Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi (VİDEO/YENİLƏNİB)

Cəsarət Valehov nazirlikdəki vəzifəsindən getdi

Yol polisi sürücülərə müraciət etdi

Bazar günü hava necə olacaq?

BŞTİ-dən 292 nömrəli məktəblə bağlı AÇIQLAMA

Azərbaycan Rumıniyaya yeni səfir təyin etdi - SƏRƏNCAM

Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib

Neftimiz bahalaşıb

"Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var" - Prezident Qarabağ ermənilərindən danışdı

İsrailin Qəzza ilə müharibəsi uzun müddət davam edəcək

Yeni ildə 7 gün İŞ OLMAYACAQ

İlham Əliyev iqtisadi islahatlardan DANIŞDI

Dövlət başçısı Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi (FOTO)

Sürücü sərnişinləri avtobusda qoyub taksi ilə getdi

Qvatemala prokurorları prezident seçkilərinin legitimliyini tanımaqdan imtina edib

Bütün xəbərlər