YAĞLI YER...

DogruXeber.az: - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehsal olunan və idxal edilən yaxılabilən yağlardan (spred, marqarin) və kərə yağlarından nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Belə ki, cari dövr ərzində 13-ü yerli, 27-si idxal edilən olmaqla, 40 yaxılabilən yağdan nümunə götürülüb. Götürülmüş nümunələr məhsulun yağ fazasında yağ turşularının trans izomerlərinin və doymamış yağ turşularının miqdarı, habelə təhlükəsizlik göstəriciləri (koliform bakteriyalar, kif-maya göbələkləri, qurğuşun və arsenin təyini) üzrə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verib.

Eyni zamanda, ticarət şəbəkələrində satışda olan 15-i yerli, 17-si idxal edilən olmaqla, 32 kərə yağı məhsulundan nümunə götürülüb və laboratoriya sınaqlarına cəlb edilib. Sınaq nəticələrinə əsasən, 31 məhsul yoxlanılmış parametrlər üzrə normativ sənədlərin tələblərinə cavab verib. 2023-cü ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən 5-i planlı, 4-ü plandankənar olmaqla, 9 kərə yağı emalı müəssisəsində də yoxlamalar keçirilib.

Yoxlamalar zamanı 6 müəssisədə nöqsanlar aşkar edilib. Aşkarlanan nöqsanlarla əlaqədar 2 müəssisədə məhsul partiyasının satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar verilib və 6 sahibkarlıq subyekti barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Bundan başqa, Agentlik tərəfindən ticarət obyektlərində tərkibində bitki yağı olan yağların kərə yağı kimi təqdim olunması hallarına qarşı nəzarət tədbirləri aparılır. AQTA-nın məlumatına görə, 2023-cü ilin ikinci yarısında 13 yağ emalı müəssisəsində planlı yoxlamaların keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu gün marketlərdə çox sayda kərə, bitki yağları var və vətəndaşlar onları almaq məcbiriyyətində olmasına baxmayaraq, keyfiyyətindən heç də razı deyil. Çünki ümumilikdə kərə yağı çox azdır və alıcılar onun doğrudan da təmiz kərə yağı olmasına əmin deyillər. Əhali əsasən xarici ölkə istehsalı olan kərə yağı almağa məcbur olur ki, onların isə həm qiyməti bahadır, həm də keyfiyyətinə zəmanət yoxdur. İstehlakçılar cibinə uyğun olaraq, daha ucuz qiymətə palmadan hazırlanmış yağları almaq məcburiyyətində qalır. Mütəxəssislər də ölkəyə bitki yağı adı altında palma çərdəkləri yağının idxalının genişləndiyini deyirlər. Bir məqam isə odur ki, bu gün marketlərdə məsələn, “Prezident” kərə yağının 1 kiloqramının qiyməti 30 manat 99 qəpikdirsə, “Səba” kərə yağının qiyməti 19 manat 85 qəpik, “Yeni Zellandiya” kərə yağının qiyməti isə 16 manat 90 qəpikdir.

Maraq doğuran odur ki, əgər adıçəkilən hər üç yağ həqiqətən də kərə yağıdırsa, niyə onların qiymətlərində bu qədər fərq müşahidə edilir?

Beləliklə, bu gün daxili bazarda olan yağların keyfiyyəti ilə bağlı dövlət qurumunun nəticələri əhaliyə çatdırılmadır və onlar istehlak etdiyi hansı məhsulun daha keyfiyyətli olması barədə məlumatlandırılmalıdır. Ancaq AQTA-nın təqdim etdiyi məlumatda isə konkret olaraq hansı yağların keyifiyyətli, hansının isə yararsız olduğu göstərilmir.

Xatırladaq ki, hələ bir neçə il öncə də Cebhe.info olaraq müvafiq quruma dəfələrlə yararsız yağların adlarının açıqlanması ilə bağlı sorğu göndərsək də, bu barədə heç bir informasiya verilmədi. Hazırda isə AQTA-ya yağ məhsulları üzrə nəzarət tədbirləri zamanı hansı yağlarla bağlı yoxlamalar aparıldığı ilə müraciət etsək də, bu məqsədlə yenə də bizə sorğu göndərilməsini bildirdilər. Ümid edirik ki, heç olmasa indi quruma üvanladığımız sorğunun cavabını nə zamansa əldə edə biləcəyik.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya bildirdi ki, yarandığı 3 il müddətində AQTA-nın istehlakçılara ən böyük töhfəsi qəndlərlə bağlı olub:

“AİB-in dəfələrlə müraciəti nəticəsində kəllə qənd hazırlaması zamanı insan üçün təhlükəli maddələrdən istifadə edən firmaların adı açıqlandı. Daha sonra su satışı ilə bağlı adlar açıqlanıb. Bundan başqa, bütün məlumatlar istehlakçı üçün heç bir əhəmiyyət kəsb etməyən məlumatlardır. Çünki istehlakçıya məhsulun adı, satıldığı ünvan və s. lazımdır. AQTA-nı dəvət edirik ki, onun fəaliyyətindən istehlakçı yararlansın.

Təəssüf ki, AQTA-nın məlumatları “kiminsə xətrinə dəyməmək” yönündə olur. Mən AQTA -da İctimai Şurada təmsil olunanda da dəfələrlə bunları tələb etmişəm. Çox yaxşı olar ki, AQTA öz işində şəffaflıq yaratsın, məhsulların adını desin, istehsal ünvanlarını, satıldığı yeri desin, məhsullar yığışdırılıbsa onların məhvetmə proseduruna KİV, ictimai təşkilatlar iştirak etsin ki, malların son taleyini görə bilək”.


Oxunub: 239

Son xəbərlər

"Modern-Farm" gömrük qaydalarını pozdu, barəsində tədbir görüldü

Məmurlara qarşı viza məhdudiyyəti tətbiq edilir

Dövlət SOSİAL Müdafiə FONDU tərəfindən şəxslərin pensiya hüququ pozulur

Şirvan şəhər İcra Hakimiyyətində qanunu bilmirlər, yoxsa saya salmırlar?

15 yaşı tamam olanların ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir

Bu şəxslər prokurorluqda qulluğa qəbul edildilər - SİYAHI

Elza Seyidcahanla Roza Zərgərli məhkəmə qarşısında

MALİYYƏ İŞİ: Cəbrayıl Orucov da HƏBS OLUNDU - TƏFƏRRÜAT

Bu şəxslər müəyyən pul ödəməklə hərbi xidmətdən azad olunsunlar - TƏKLİF

Nazirdən yeni təyinat

Sabah Bakıya sulu qar yağacaq

Silahlı Qüvvələrin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı YENİLİK

Azərbaycanda hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir

Azərbaycanda bu cərimələr artırılır

Əziz Orucova elan olunan ittihamlardan birinə xitam verildi

Putin Paşinyanla görüşəcək?

WSJ: Tramp İsrailə İranın nüvə obyektlərini bombalamağı təklif edə bilər

Moldovada parlament binası qarşısında etiraz keçirilir

Bakıda yeni park harda salınacaq? - 38 milyon xərclənəcək

Mənzil özəlləşdirmək üçün sənədlərin tələb edilməsi qaydası dəyişilir

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Elektromobil doldurucularının yerləşdirilməsi üçün icazə tələb olunmayacaq

ABŞ və Türkiyə bu barədə razılığa gəldi

Bu şəxslərin maaşı yeni qayda ilə hesablanacaq

Bu sahədə çalışanların xidmətdə olmalarının yaş həddi 5 il uzadılacaq

Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir

2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərə bu qədər vətəndaşımız qayıdacaq

Xocalının Ballıca kəndinə köç karvanı yola salınır

Nəcməddin Sadıkovun oğlunun biznes ortağı ilə bağlı qərar

Kleopatranın məzarını axtarırdı, başqa bir mühüm kəşf etdi - FOTO

Bütün xəbərlər