gundem / hadise / idman
28.07.2023, 17:47
Taqanroqda güclü partlayış baş verib
"DogruXeber.az" Ntv.ru-ya istinadən xəbər verir ki, Taqanroqda güclü partlayış baş verib. Yaxınlıqdakı evlərin pəncərələri uçub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış "Çexov bağı" restoranında baş verib. İlkin məlumatlara görə, ölənlər var. Həmçinin insanlar dağıntılar altında ola bilər.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb. Partlayış yerində krater yaranıb. Hazırda onun müayinəsi aparılır. Partlayış yerinə təcili yardım və yanğınsöndürən maşınlar gəlib.
DogruXeber.az
Jalə Asiman