Bəzi dərmanlar ucuzlaşa bilər - AÇIQLAMA

“Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Dərman vasitələri haqqında” Qanunun qüvvəyə minməsi zaman içərisində Azərbaycanda həm dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bolluq şəraitində qiymətlərin tənzimlənməsinə kömək edəcək”.

DogruXeber.az” xəbər verir ki, bunu trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, mühüm və beynəlxalq səviyyədə qəbul olunmuş dəyişiklikləri özündə ehtiva edən qanunun qüvvəyə minməsi bu gün ölkədə dərman qeydiyyatı ilə bağlı hər hansı səbəbdən olan çətinliyin, xüsusən də qeydiyyatın həyata keçirilməsindəki süründürməçiliyin aradan qalxmasına imkan verəcək.

“Beynəlxalq dərman sektorunda fəaliyyət göstərən iri şirkətlər və zavodlar Azərbaycanda qeydiyyat sistemi asanlaşdığı üçün bütün dərman vasitələrini ölkədə qeydiyyatdan keçirməyə və qanuni yollarla gətirməyə maraqlı olacaq ki, bu da qiymətləri tənzimləyəcək, dərmanların nəzarətsiz şəkildə yüksək qiymətlərlə satılmasının qarşısını alacaq.

Bu gün qonşu ölkələrlə, xüsusən Türkiyə ilə müqayisədə bəzən üç-dörd dəfə baha satılan dərmanlar qeydiyyatı olmayan dərmanlardır. Dərman vasitəsi qeydiyyata düşmədiyi zaman, əlbəttə, fərqli yollarla fərdi insanlar və ya təşkilatlar tərəfindən ölkəyə gətirilir və belə olduğu halda dərman vasitəsi aidiyyatı qurumların nəzarətindən qaçacaq şəkildə yüksək qiymətə satılır.

Bu qanun daha əvvəl davamlı şəkildə təşkilatlar tərəfindən şikayət olunan, hər hansı bir dərman vasitəsinin 8 ay, il yarım davam edən qeydiyyat prosesini asanlaşdıraraq çox qısa müddət ərzində həllinə kömək edəcək. İnanırıq ki, bunlar gələcəkdə arzulanan nəticənin əldə edilməsinə imkan verəcək”, - deyə R.Mahmudov əlavə edib.

Qeyd edək ki, avqustun 15-də Prezident İlham Əliyevin fərmanı ilə “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklər təsdiq edilib.


Oxunub: 179

Son xəbərlər

Məhkəmə hakimi Əhliman müəllim qardaşı oğlu Mehman Xıdırova himayədarlıq edir -QANUNSUZLUQ ?/FOTO

Fikrət Məmmədovun qızı YAP-ın siyahısında parlamentə gedir

Bağça müəllimləri üçün sınaq imtahanı keçiriləcək

İlham Əliyev Zelenski ilə söhbət etdi

TƏHSİL NAZİRLİYİNİN SAMİR VƏLİYEV KABUSU

İcra başçısının oğlu deputat olmaq istəyir - Firdovsi Əliyev bütün gücünü səfərbər edib

İran nüvə sazişini bərpa etmək istəyir

Ermənistan tərəfi yenidən görüş təklif etdi

Təhlükə Azərbaycan sərhədinə çatdı - İrandan BƏLA GƏLİR

Rusiya rəsmən elan etdi: Nüvə silahı olan raketlər yerləşdirəcəyik!

Bu tarixdən internet bahalaşır — Yeni qiymət

“Cavanşir” körpüsünün söküldüyü ərazidən - Son görüntülər

Seçkiyə gedəsi olmadılar – MUSAVATIN 34 NAMİZƏDİNİ ÇIXILMAZ DURUMA SALDILAR

İspaniya saxta xəbərlərə qarşı mübarizə elan etdi

İlham Əliyev Viktor Orban və Viola Amher ilə söhbət etdi

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Yeni monitorlar cərimə yazır? - DİN-dən AÇIQLAMA

Azərbaycan və Ermənistan ŞƏT-ə müşahidəçi olmaq üçün müraciət edib

Prezident Lüksemburqun Baş naziri ilə görüşdü

Sabah yağış yağacaq

YAP-ın deputatlığa namizədi külli miqdarda borc içindədir – İLGİNC FAKT

Məcnun Məmmədovun işçisi Salyanda “PAMBIQLA BAŞ KƏSİR”… – NARAZILIQ VAR…

Məhkəmə həbsdə ölən sabiq icra başçısının 600 minlik əmlakı ilə bağlı QƏRAR VERDİ

Səyahətlərinizdə diqqətli olmalısınız - BÜRCLƏR

İlham Əliyev Böyük Britaniyaya getdi

Rüşvət ittihamı ilə həbsdə yatan keçmiş məmur bəraət istəyir

“Azərenerji” də Üzeyir Yusifov problemi – İdarə rəsinin əməlləri rəhbərliyi hədəfə gətirib

Rəqs etmək beyin üçün faydalıdır

222 nəfərə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi verilib

Avropa Liqası: "Zirə" "Şerif"ə qarşı

Bütün xəbərlər