Mədəniyyət Nazirliyi 1700 nəfəri "AC" saxlayan idarə rəisinə göz yumur - Maaş üsyanı

DogruXeber.az: - Qarabağ düşməndən azad olsa da, bəzi məmurlar Qarabağ adı ilə bağlı qurumların başında dayanmasına baxmayaraq, düşməndən az pislik etmirlər.

Anaxeber.info məlumat verir ki, Qarabağ Regional Mədəniyyət İdarəsi həmin qurumlardan biridir. İdarə rəisi Qalib Həsənov işçilərə münasibətdə özünü yadelli kimi aparır. Belə olmasaydı, 1700 nəfərin maaşını almasına əngəl olmazdı. Belə ki, gələn xəbərlərə görə, mədəniyyət sahəsində işləyənlər

hələ də əmək haqlarını almayıblar. İşçilərin maaş kartının istifadə müddətinə bir neçə ay qalmağına baxmayaraq, maaş kartını bloklayıblar. Əgər maaşı "Kapital bank"dan kartsız almaq istəyən olsa, onda da bank 10 manat xidmət haqqı tutur. Halbuki mədəniyyət işçiləri maaşı həmin bankdan alırlar. Lakin Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov kartların vaxtının qurtarmasına hələ qalmış onları özbaşına şəkildə dəyişdirmək fikrinə düşüb. Əvvəla, hansı səlahiyyəti var ki, belə qərar versin? İkincisi, marağı nədir ki, işçilərin maaş kartını vaxtından əvvəl dəyişdirir? Üstəlik, maaş kartını dəyişməyə 5 manat tələb edir ki, açıq şəkildə qanunsuzluqdur. İşçi sayı isə nə az, nə çox, 1700 nəfəri təkcə Bərdə və Tərtər rayonlarındadır. Mədəniyyət nazirinə maaşların ödənilməsi haqda yalan məlumat verən Qalib Həsənov görəsən kimə arxayındır? Ümumiyyətlə, nazirlik maaşların verilməsilə maraqlanıbmı? Niyə öyrənmək istəmirlər ki, 1700 nəfər nədən şikayətçidir? Qalib Həsənovun bu əməli barədə heç bir dəqiqləşdirmə aparılmır. Sanki problem Mədəniyyət Nazirliyinə aid deyil. Sosial şəraitin çətin dövründə maaşların gecikdirilməsi ciddi problem yaradır. Hər halda yeni nazir 1700 nəfərin səsinə səs verəcək.// Anaxeber.info


Oxunub: 491

Son xəbərlər

"İran üçün Zəngəzur bölgəsinin təhlükəsizliyi vacibdir" - Səfir

"İran-Ermənistan münasibətləri hər iki ölkənin strateji mövqeyi ilə bağlıdır" - Səfir

Bu avtobusun hərəkət sxemi dəyişdirildi

Azərbaycanda dərman və tibb vasitələri ilə bağlı YENİ QƏRAR

“Azərbaycan mediası maarifləndirmə funksiyasını lazımi şəkildə icra edir” - Natiq Məmmədli

Dünyada informasiya sistemlərinin fəaliyyətində nasazlıq yarandı

"Bir telefon zəngi ilə müharibələri dayandıra bilərdim" - Tramp

Meşə fondu sahələrinin inventarlaşdırılması işləri nə vaxt yekunlaşacaq?

Nazirlər yaxın vaxtlarda Türkiyədə görüşəcəklər

"Microsoft"dan dünyada baş verən texniki nasazlıqla bağlı açıqlama

"Air Arabia" Ermənistana qarşı arbitraj prosesinə başlayacaq

Bakıda 160 km uzunluğunda yeni avtobus zolaqları çəkiləcək

Bu dondurmalarda bakteriya aşkarlandı

Vətəndaşa qarşı 21 min manatdan çox dələduzluq edən şəxs tutuldu

11 taksi sifarişi operatoruna icazə verilib - RƏSMİ

"Prezident və ailəsinin adından yayılan materiallar saxtadır" - RƏSMİ AÇIQLAMA

Rusiyada 4 nəfərin olduğu helikopter yoxa çıxdı

Bakıda velosiped yolları 50 km-ə çatdırılacaq

Makron Azərbaycan jurnalistlərinin sualları qarşısında pis vəziyyətə düşdü

Paytaxtda taksilərin sayı 2 dəfə azalıb

Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi

Cinayətdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Alyaskada 6 bal gücündə zəlzələ oldu

Qızıl və gümüş ucuzlaşdı

Obamadan Baydenə böyük zərbə

Bakıda neçə parklanma yeri var?

Masazırda ev yandı

Bakının hansı yollarında tıxac var? - SİYAHI

Tramp prezidentliyə namizədliyini rəsmən qəbul etdi

COP29-un prezidenti iştirakçı ölkələrin hökumətlərinə rəsmi məktub göndərdi

Bütün xəbərlər