Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO

DogruXeber.az: - Elə bu ayın əvvəlində, "İcra başçısı özünə yarım milyonluq maşın aldı" başlıqlı xəbər yerli mətbuatın gündəmində "bomba kimi partladı".
Məlumatlarda deyilirdi ki, icra başçısı Elnur Rzayevin yeni aldığı avtomobilin markası "Range Rover", qiyməti isə nə az, nə çox, düz 450.000 (dörd yüz əlli min) manatdır

O, "90-DK-500" dövlət qeydiyyat nişanlı yeni avtomobili qayınatası Sərdar Mehdi oğlu Hacıyevin adına rəsmiləşdirib. Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Anar Sabir oğlu Musayev isə etibarnamə əsasında həmin avtomobili idarə edir.

"İcra başçısı maaşı ilə yarım milyonluq avtomobil alan" gənc İcra başçısı bu addımı ilə xalqın, vəzifə kürsüsündə qocalan məmurların vəzifəsindən azad edilməsini və onları gənc kadrların əvəz etməsini tələb edən bəzi saf nümayəndələrinə "cavab şilləsi" kimi dəydi. Bununla da o sübut etdi ki, gənc məmurlar da lazım olduğundan "daha artıq bilgi"yə sahibdirlər. Yaşlıların illər ərzində təkmilləşdirə-təkmilləşdirə gətirdiyi "gəlir yollarının xəritəsini" gənc məmurlar əzbər bilirlər.

Yeri gəlmişkən, məlumat yayımlandıqdan qısa müddət sonra deyəsən Xaçmaz rayon icra hakimiyyəti başçısı haqqında "reklam kompaniyası"na "start" verildi . Belə ki, bəzi sosial şəbəkələrdə bəzi yerli idarələrin səhifələri başladılar davamlı "bəyi tərifləməyə".

Fotolara diqqət edin:

Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO


Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO


Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO


Sanki, "pis oxuyan ibtidai sinif şagirdinin xətti ilə" yazılmış bu bərbad cümlələrdən adama elə gəlir ki, cümlələr də yalan danışmağa utanır.

Şəhid ailələrini ziyarət etmək də, şəhərin "reklam mətni"ndə deyildiyi kimi, "tməziliyi"nə (təmizliyinə) nəzarət də, "söküntülü" (sökülmüş, dağılmış) yerlərin təmiri də bütün rayon rəhbərlərinin vəzifə borcudur.

Amma, Elnur Rzayevin şəhid evindəki "fotosessiya"sına baxanda bir anlıq düşündüm ki, bəlkə də icra başçılarından diqqət görmək üçün birinci onların maddi ehtiyacları təmin olunmalı, ikincisi də "ölmək lazımdır".

Yox, sözüm sizə qəribə gəlməsin, sözümün canı var.

Xatırlayırsınızsa, bir neçə ay əvvəl "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı efirində Xaçmaz rayon Tikanoba kənd sakini Şanı Həsənovun işsizliyi və pay torpağı olmadığından gileylənirdi. Həmçinin küçələrinin bərbad olması, küçədə işıq xətlərinin təhlükə saçdığından danışmışdı.

Şanı Kimdir?!

Həsənov Şanı Gülbala oğlu.
12.08.1996-cı ildə Xaçmaz rayonunun Tikanoba kəndində doğulub.
2014-2016-cı illərdə həqiqi hərbi xidmət müddəti keçib.
21.09.2020-ci il tarixində yenidən könüllü olaraq cəbhəyə yollanıb.
Fizuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə xüsusi fəallıqla döyüşüb.
Döyüşlər bitənə qədər xidmətini davam etdirib.
Hərbi vəzifəsi: Rabitə Manqa Komandiri.
31.12.2020 tarixində tərxis olunub.

Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO

Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO

Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO


Şükürlər olsun ki, müharibənin sonuna qədər döyüşən bu qəhrəman oğlan sağdır, amma özü demişkən, sadəcə yaşayır.
İş yox... torpaq yox...

Görünür bu oğullar üçün işğal altındakı 20 faiz torpaqlarımızı düşməndən geri almaq, yerli bələdiyyələrdən, yerli icra hakimiyyətindən 5-10 sot torpaq almaqdan asan imiş.

44 günə respublika ərazisinin 20 faizini geri aldılar, amma 3 ildir ki, təsərrüfatla məşğul olmaq üçün, yaxud bir balaca dam tikmək üçün torpaq hələ də ala bilmirlər...

Mövzuya yenidən qayıtdıq ki, Xaçmaz rayon rəhbərliyinin yadına salaq bu igidi və yenə də nəticə gözləyək.

Ağa ağ, qaraya qara deyən "DogruXeber.az" nəticə nə olursa-olsun, olduğu kimi dərc edəcək.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman


Oxunub: 729

Son xəbərlər

Həbsxana həyatı yaşadı,yenə nəticə çıxarmadı – Tikinti maqinatı Rauf Əliyev qanunsuz əməllərini davam etdirir

Yeni Sənaye Parkı yaradıldı - FƏRMAN

Binə qəsəbəsi və Hava Limanına dəmir yolu çəkiləcək

Nəbabat Bağında nə baş verib? - Dövlət Xidməti cərimə yazdı, qurum narazı qaldı

Prezidentin köməkçisi NATO-da müzakirələr aparıb

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesi başa çatıb

Səyyad Kərimov, Kəmaləddin Bədəlovun “ali” saxtalığına kim qiymət verməlidir?

Avtobus və velosiped zolaqlarına çıxanlar 100 manat ödəyəcək

Paşinyan sülh müqaviləsindən Azərbaycandan əvvəl yol istəyir?

Nazir daha bir rəisi işdən çıxardı - Rəis əvəzi təyin etdi

Vəzifəli şəxslər üçün olan bu cərimələr azaldılır

Metronun iş rejimi dəyişdiriləcək

Yeni nəsil şəxsiyyət vəsiqələrində dəyişiklik

İyulun 1-dən...

Ətin qiymətini bahalaşdıran OLİQARX MƏMURLARDIR... - Kasıbın ferması var?..

Bu şəxslərin maaşları artırıldı

“BakuBus” Bakıdan Zaqatala, Bərdə və Tərtərə sərnişin daşıyacaq

Sabah 35° isti olacaq

14 il direktor işləyən qadın 995 min manat mənimsəyib

Naxçıvanda yeni sənaye zonası yaradılır

“Azərişıq” paytaxtda və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir - VİDEO

Emil Alxaslı MÜƏMMASI DAVAM EDİR…

Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə bağlı qərar

"Prava"sız maşın sürənlər üçün cərimə artırılır

ATU-nin bu klinikasında şəhid ailəsinə ikinci "müsibət" yaşadılır - Qocaman deputat bu müəssisələrdən xəbərsizdirmi?

Yenidən qəbul imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan nefti bahalaşdı

Adil Kərimlinin imicinə Şəki Uşaq İncəsənət Məktəbində belə zərbə vururlar

Cərrahiyyə Klinikasında “sığorta maxinasiyası” – GərayBƏYlinin sovet idarəetməsi

Bayramqabağı bazarda son vəziyyət: 250 manatdan 450 manatadək satılan qurbanlıqlar

Bütün xəbərlər