72 yaşlı qadın 2,5 milyon manatlıq dövlət sifarişini necə həyata keçirəcək? - İcazə verin, şübhələnək...

DogruXeber.az: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə 03.07.2023-cü il tarixdə başladığı açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Elektron media resursları Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində açıq mənbələrdə heç bir məlumatın olmadığını yazır.

Aktualinfo.org-un apardığı araşdırmada məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.

Amma burada bir maraqlı nüans var. Ağaməmmədova Xanım Şamil qızı 1951-ci il təvəllüddür. Maraqlıdır 72 yaşlı bir qadın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzilləri necə satın alacaq?

Qeyd edək ki, Azərbaycanda dövlt satınalmalarında bu kimi hallara tez-tez rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nə qədər satınalmaların şəffaf keçirilməsi barədə açıqlamalar yaysa da faktlar göz qarşısındadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in satınalmalarda yol verdiyi ciddi qanun pozuntuları barədə də kifayət qədər ciddi məlumatlar var. 72 yaşlı bir qadını fiziki şəxs kimi 2.531.250 manat məbləğində tendirin qalibi çıxarmaq elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ola bilər.

Çox maraqlıdır 72 yaşlı Ağaməmmədova Xanım Şamil qızının 2.531.250 manat məbləğində dövlət sifarişini həyata keçirə biləcəyinə bir nazir kimi Sahil Babayevin özü necə, inanarmı? Əlbəttə inanmaz. Çünki o sifarişi öz adamları həyata keçirəcək. Azərbaycan Respublikasının ərazi bütövlüyü üğrunda əlil olmuş şəxslərin və şəhid ailələrinin haqqını yemək yolu ilə.//Aktualinfo.org


Oxunub: 400

Son xəbərlər

Səhər yeməyi vacibdirmi?

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq — Nazir

90 qəpikdən, 4 manata... — Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

300 dollarlıq gömrük limiti azaldılacaq? - Deputatdan AÇIQLAMA

Səfər Mehdiyevlə bağlı sensasiya: Külli miqdarda vəsaitlə... - ŞOK İDDİA

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır

Bu universitetin yataqxanası BƏRPA EDİLİR

MSK sədrinə yeni səlahiyyət verildi

Mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliklərin icrasına başlanıldı

Prezident memorandumu təsdiqlədi

Qızılcaya görə pandemiya təhlükəsi var? - Nazirdən cavab

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Prezidentdən 17 milyonluq SƏRƏNCAM

"Paşinyan bilirsə, beşinci kalonun kim olduğunu açıqlasın" - Xaçatryan

Sabah bəzi yerlərdə yağış yağacaq

23 ildən sonra İrana ilk rəsmi səfər

İstanbulda güclü zəlzələ OLDU

Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

Geomaqnit qasırğası gözlənilir

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO

Bu yolla infarkt riskini azalda bilərsiniz

Bu avtomobilləri Azərbaycana gətirmək mümkün olmayacaq (VİDEO)

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək (VİDEO)

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər