Qobustan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi İmran Qurbanova həvalə olunub.

TƏBİB-dən verilən məlumata görə, bu gün TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov İmran Qurbanovu kollektivə təqdim edib.

1985-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb və universiteti fərqlənmə ilə bitirib.

İ.Qurbanov 1992-1993-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün baş ordinatoru, 1993-1994-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün komandiri və baş cərrahı, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasının Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib.

2021-ci ildən hazırkı təyinatınadək TƏBİB-in Koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. İ.Qurbanov Amerika Birləşmiş Ştatlarında, Türkiyədə və s. ölkələrdə keçirilən ixtisasartırma kurslarında olub və bir çox konfranslarda iştirak edib.

İ.Qurbanov Azərbaycan Respublikasının Prezidenti adından “Azərbaycan ordusu” yubiley medalı, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyi tərəfindən “Milli ordu-100”, “Müharibə Veteranı”, “Böyük Zəfər” medalları, Respublika Həmkarları İttifaqı tərəfindən isə “Fəxri Fərman” ilə təltif edilib.


Oxunub: 417

Son xəbərlər

Nərimanıv adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?

Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar - YAĞ, EY YAĞIŞ, DURMAGİNƏN...

Qəzənfər Ağayev Astaranı zibilxanaya çevirib... - GİLEY

Azərbaycan öz ərazilərini azad edir - Saakaşvilidən İSMARIC

İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər TƏYİN EDİLDİ - FOTO

Sülhməramlıların ölümünə görə korpus komandiri İŞDƏN ÇIXARILDI

Prezidentin köməkçisindən Yevlax görüşü ilə bağlı AÇIQLAMA

Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

Bu, qiymətlərin əlavə artımına səbəb ola bilər - Proqnoz

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

İlham Əliyev və Putin arasında telefon danışığı oldu

Sülhməramlılar Yevlaxdakı danışıqlarda müsbət münasibət olduğunu bildirdilər

Xankəndidə mülki geyimli silahlı şəxsin görüntüsü - VİDEO

Sülhməramlıların komandanının müavini Qarabağda həlak oldu

Sabah hava necə olacaq?

"Küçədən gələn müxbir Ermənistanı fırladır" - Eks-nazir

"Bəşəriyyət cəhənnəmin qapılarını açıb" - Quterreş

"Azərbaycanın verdiyi siyahıda mən də ola bilərəm" - Seyran Ohanyan

Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ

Ukrayna ABŞ-dən nə istəyir?

"Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev

Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi

Qarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edir - FOTO

"İstefa verməyəcəm" - Paşinyan

Moskva aeroportlarında reyslər kütləvi şəkildə ləğv edildi

Qarabağdan təxliyə olunan ermənilərin sayı AÇIQLANDI

Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu

“Vaqner” Suriyanı tərk edir

Bütün xəbərlər