gundem / idman / dunya / maraqli
31.08.2023, 14:22
90 yaşlı macəraçı Yuiçiro Miura əlil arabası ilə Fuji dağının zirvəsinə çıxdı - FOTO
90 yaşlı peşəkar xizəkçi və macəraçı Yuiçiro Miura dağa qalxmaq üçün xüsusi əlil arabasının köməyi ilə cümə axşamı səhər Fuci dağının zirvəsinə çatıb.
Miura xəstəlikdən yaranan əzalarında uzun müddət uyuşma olduğundan uzun məsafələri təkbaşına yeriyə bilmir. O, xizək məktəbi əməkdaşlarının və ailə üzvlərinin dəstəyi ilə 3776 metrlik dağın zirvəsinə çıxmaq üçün əlil arabasından istifadə edib.
Miura və onun 40-a yaxın alpinistdən ibarət komandası çərşənbə axşamı səhər Fujinomiya cığırının Fujinomiya, Şizuoka prefekturasındakı beşinci stansiyasından çıxıb və gecəni yeddinci və doqquzuncu stansiyalarda keçiriblər.
"DogruXeber.az" japannews-a istinadən qeyd edir ki, Miura və tərəfdarları bu gün səhər saat 7:30 radələrində zirvəyə çatıblar.
- “Nə qədər dırmaşsam da, mən həmişə heyran olmuşam. Nəvələrim və dostlarımla gördüyüm bu gözəl mənzərəni heç vaxt unutmayacağam.”- deyə Miura təəssuratlarını bölüşüb.
DogruXeber.az
Asiman Əsədsoy