“AzerGold” QSC-nin əməkdaşının məqaləsi beynəlxalq nüfuzlu “Micromine” portalında yayımlanıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşının müasir dağ-mədən geoloji informasiya sistemlərinin tətbiqi haqqında məqaləsi nüfuzlu “Micromine” portalında yayımlanıb.

"DogruXeber.az" bildirir ki, cəmiyyətin Geoloji kəşfiyyat şöbəsinin Coğrafi İnformasiya Sistemləri sektorunun müdiri Ələsgər Məmmədovun müəllifi olduğu məqalədə QSC-nin fəaliyyətindəki fərqli xüsusiyyətlər, yataqların işlənməsinin və son məhsulların alınmasının bütün mərhələlərində innovativ texnologiyaların istifadə, bütün istehsal proseslərinin rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilməsi barədə bəhs olunur. Qeyd olunur ki, QSC modelləşdirmə və dizayn üçün müasir proqram paketlərindən istifadə edir ki, bunlardan biri də Micromine Origin & Beyond dağ-mədən geoloji informasiya məlumat sistemidir. Bu sistem Cəmiyyətin Naxçıvan Muxtar Respublikasında yerləşən “Ortakənd” qızıl yatağında tətbiq olunur.

Məqalədə müəllif bildirir ki, sözügedən yataqda geoloji kəşfiyyat işləri bir neçə mərhələdə aparılmışdır. Birinci mərhələdə, SSRİ dövründə toplanmış məlumatlar (geoloji xəritə, nadir geoloji kəşfiyyat quyuları şəbəkəsi haqqında məlumatlar və s.), habelə yerüstü sınaq nəticələrin (984 nümunə) özündə cəmləşdirən arxiv (tarixi) məlumatlar rəqəmsallaşdırılıb.

Daha sonra bu məlumatlar Micromine Origin & Beyond sisteminə idxal edilərək, sözügedən proqram vasitəsilə 3D formatında vizuallaşdırılıb. Bu vizuallaşdırma tədqiq olunan sahə və daha öncə aparılan tədqiqatlar haqqında daha əyani bir fikir əldə etməyə imkan verir. Tarixi məlumatlar əsasında süxurlarda faydalı komponentlərin məkan paylanmasının nümunələrini əks etdirən geokimyəvi anomaliyaların xəritəsi hazırlanıb. Bütün məlumatların nəticələrinə əsasən geofiziki tədqiqatların, kəşfiyyat və s. işlərin aparılması zərurəti barədə qərar qəbul edilmişdir.

Şübhəsiz ki, yeni yataqlar, xüsusən də qızıl filizləri axtararkən geoloqların biliyi, təcrübəsi və zəhməti əsas rol oynayır. Bununla yanaşı, müasir informasiya texnologiyalarının tətbiqi daha tarazlı qərarlar qəbul etməyə və gələcək kəşfiyyat işlərini planlaşdırmağa imkan verir ki, məhz bu nüanslar nəzərə alınmaqla “AzerGold” QSC fəaliyyətində daim müasir texnologiyaların, beynəlxalq təcrübənin tətbiqini diqqətdə saxlayır.

Qeyd edək ki, yaxın bir neçə ildə “Ortakənd” qızıl yatağının işlənməsinə başlanılması planlaşdırılır. Hasilat açıq şəkildə aparılacaq ki, bu da kapital qoyuluşlarını minimuma endirəcək və layihə həcmlərinə çatma müddətini azaldacaqdır. “Ortakənd” yatağı bu regionda istismara veriləcək ilk qızıl yataqdır. Yatağın istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına imkan verəcək, eyni zamanda, şübhəsiz ki, regionun iqtisadiyyatına müsbət təsir göstərəcək.

Məlumat üçün bildirək ki, “Micromine Pty Ltd” 1986-cı ildə Avstraliyanın Pert şəhərində yaradılıb. Şirkət bütün istehsal dövrünü əhatə edən mədən sənayesi üçün proqram həllərinin hazırlanması və satışı üzrə dünya bazarının liderlərindən biridir. Şirkətin nümayəndəlikləri dünyanın 12 ölkəsində fəaliyyət göstərir.


Oxunub: 395

Son xəbərlər

FHN-nin əməkdaşı ceyran ovuna görə saxlanılıb - Salyan polisi araşdırma aparır

Bu hərbi hissədə nöqsanlar aşkarlandı - FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb

Danimarkada Qurana hücumla bağlı ilk məhkəmə başladı

Əhalinin cəmi 2 faizinin banklarda pulu var - “Bu, sərvət bərabərsizliyinin nadir fotosudur...”

Gömrük komitəsinin binası yeni nazirlik üçün hazırlanır – Büdcəni dolduran qurumlar birləşdirilə bilər…

“Vinisius gedir” xəbərinə Ançelottidən reaksiya: Məndə məlumat var ki…

Bu tarixədək qar yağacaq - Xəbərdarlıq

Ən həssas 5 BÜRC: hər şeyi ürəyinə salırlar

Azərbaycanda xəstələrin bülleten dərdi: İnsanların müalicə almaq hüququ belə pozulur

Qazaxıstanın neft bazasında PARTLAYIŞ

Evindən köçməkdən imtina edən çinli yolun ortasında yaşayır

Pentaqonun yeni rəhbəri kimdir? – jurnalist, cinsi zorakılıq, alkoqoldan sui-istifadə

“Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür

DYP səfərə hazırlaşan sürücülərə müraciət etdi

Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL

QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı

Bazar gününə olan hava proqnozu

Azərbaycan nefti ucuzlaşdı

Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

Bu rayonlara qar yağır

Ərdoğan onlarla vəzifəli şəxsi işdən azad etdi

Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Buz üzərində qaçan “ayı" rekord qırdı

İmtahanlardan keçmək taksi sürücülərinə nə qazandırır?

Tramp Danimarkanın Baş nazirinə zəng edib Qrenlandiyanı istədi: Nə cavab aldı?

Ağ Evin ucuz neft hədəfi - Azərbaycana necə təsir edəcək?

ABB-nin blokladığı kartdan 10 min 700 manat oğurlanıb - Bank məsuliyyətdən yayınır

“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

Bütün xəbərlər