Rusiyanın Aİ-nin ümumi ticarətindəki payı azalır

Rusiyanın Avropa İttifaqının (Aİ) ümumi ticarətindəki payı ikinci rübdə 2 faizdən aşağı düşüb.

"DogruXeber.az" xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) ikinci rübdə Aİ ilə Rusiya arasında ticarətə dair məlumat yayıb.

2022-ci ilin fevralında Rusiyanın Aİ-nin ümumi idxalında payı 9,6 faiz olduğu halda, 2023-cü ilin iyununda bu nisbət 1,7 faizə düşüb. Bu dövrdə Rusiyanın Aİ ixracatındakı payı 3,8 faizdən 1,4 faizə enib. İkinci rübdə Rusiyanın Aİ-nin ümumi ticarətindəki payı 2 faizdən aşağı düşüb.

İttifaq ilə Rusiya arasında ticarət kəsiri bu ilin iyun ayına kimi 400 milyon avroya qədər azalıb. Bundan başqa, Aİ-nin Rusiyaya ixracı 2022-ci ilin martında 3,4 milyard avro olduğu halda, 2023-cü ilin iyununda 2,9 milyard avro təşkil edib.

Müharibədən əvvəlki 2021-ci ilin ikinci rübündə Aİ təbii qazın 38,5 faizini, neftin 29,2 faizini və kömürün 45 faizini Rusiyadan təmin edirdi. Bu ilin ikinci rübündə Aİ-nin Rusiyadan təbii qaz idxalının payı 12,9 faizə, neft idxalının payı 2,3 faizə, kömür idxalının payı isə sıfra enib.

Qeyd edək ki, Aİ Ukraynadakı müharibəyə görə indiyədək Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib. Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq olunub. Mindən çox insanın və 250-yə yaxın qurumun əmlakı dondurulub.


Oxunub: 509

Son xəbərlər

TSEK şefinin ÖZƏL BİZNESİ... - İLGİNC FAKT

Azərbaycan nefti ucuzlaşdı

Bu günə olan valyuta məzənnələri

Sudanda vəba xəstəliyindən ölənlərin sayı artıb

Fransanın birinci xanımı serialda rol alacaq

Laçına növbəti köç karvanı yola salındı

Təhsil Nazirliyinin daha bir ŞÜBHƏLİ TENDERİ

“Ay səni geydirmə…” – Eynulla Fətullayev AzTV sədrini aşağıladı, cavab gecikmədi

İsrail HƏMAS komandirlərini dəqiq zərbə ilə məhv etdi

ETSN rəhbəri postunda DƏYİŞİKLİK... GÖZLƏNİLİR!

Nizami rayonunda 50-dən çox ağac kəsildi // Foto + Video

1 manatlıq şirkət iki rayonda yolları təmir edir - Cəlilabadla Astarada tender oyunu

Dünyanın ən güclü ölkələrinin siyahısı açıqlandı

"Sülh müqaviləsi imzalansaydı, Azərbaycan XİN rəhbəri də..." - Mirzoyan

Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başladı

"Onları Sofiyanın əvəzinə Yevlaxa göndərdilər" - Erməni deputat

Həbsxanalar dolu olduğuna görə məhbuslar azadlığa buraxılacaq

Rüşvətə görə həbs edilən hərbi komissara HÖKM OXUNDU

Mətləb Bağırovun məhkəmə prosesində xaricdən gizli maliyyələşdirmə faktları səsləndi

Zakir Həsənov və gürcü həmkarı hərbi sahədə əməkdaşlığı müzakirə ediblər

Rusiyadan Ukrayna ilə danışıqlar üçün yeni ŞƏRT

Bu yolda hərəkət ikiaylıq məhdudlaşdırılır

Rusiya PUA-larının iki NATO ölkəsinə düşməsi Ağ Evi təəccübləndirmədi

NATO ölkələri Rusiya sərhədi yaxınlığında təlimlər keçirir

"Sərhədin demarkasiyası prosesində əhəmiyyətli dəyişiklik olub" - Paşinyan

Sabah 37° isti olacaq

Paşinyan yenə tarixi torpağımızda rəqs etdi

İsrail parlamentində dava - Deputat zaldan qovuldu

Günə gümrah başlamağın 7 yolu

"Bu proses bizi yeni uçuruma aparır" - Mirzoyan

Bütün xəbərlər