Bu ölkə “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

Böyük Britaniya hökuməti Rusiyanın “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına daxil edəcək.

"DogruXeber.az" xəbər verir ki, bu barədə krallığın daxili işlər naziri Suella Braverman məlumat verib.

Nazirin sözlərinə görə, “vaqnerçilər” terrorçudur və terror təşkilatı siyahısına salınması haqqında fərman bu faktı Böyük Britaniya qanunvericiliyində təsbit edəcək.

Braverman həmçinin bildirib ki, “vaqnerçilər”in Ukrayna və Afrikadakı fəaliyyəti qlobal təhlükəsizliyə təhdid yaradır.

Nazirin verəcəyi fərman tezliklə parlamentə təqdim edilməlidir.

Əgər qanun qüvvəyə minərsə “Vaqner” özəl hərbi şirkətinə hər cür dəstək və ictimaiyyət tərəfindən bəyənilmək cinayət sayılacaq. Bu cür cinayətlərə görə maksimum cəza 14 il həbsdir.

Böyük Britaniyada müəyyən şəraitdə terror qruplaşmasının simvollarını geyməyə və ya onun nümayişinə görə 5 min funt-sterlinqə qədər (6,3 min ABŞ dolları - Qeyd) cərimə və ya altı aya qədər həbs cəzası nəzərdə tutulub. Belə bir təşkilatın hər hansı əmlakı ölkədə aşkar edilərsə, müsadirə edilməlidir.


Oxunub: 212

Son xəbərlər

Hikmət Mirzəyevə general-polkovnik rütbəsi verildi

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Ərdoğan və Paşinyan görüşdülər

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsəndə vətəndaşları qəbul edib

Stressli vəziyyətləri necə aradan qaldırmaq olar? — 4 məsləhət

“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!

Azərbaycan öz gücünü bütün dünyaya göstərdi

Hava proqnozunu öyrənmək üçün mobil tətbiq istifadəyə verildi

Sabah bu istiqamətlərdə hərbçilərin yürüşü keçiriləcək - SİYAHI

Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb

Avropa İttifaqı missiyasından Azərbaycana qarşı təxribat

Məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq

İnsan dərisindən qadcetlərə enerji ötürülüb - Alimlərdən maraqlı araşdırma

Onlar Abşeron dairəvi dəmir yolundan ödənişsiz istifadə edəcək

Azərbaycanda bu şəxslərə yeni hüquqlar verilir

"Azroşen" də ölkədən pul çıxarıb

İş adamının obyektində AXTARIŞ BAŞLADI

Rusiya Zimbabvedən işçi qüvvəsi istədi

Hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda

“Azərişıq” COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - FOTO

Özəlləşdirmə çek sahibləri: “İnanırıq ki, ölkə başçısı problemin həlli ilə bağlı göstəriş verəcək” – FOTOLAR

"Ermənistan bir sıra təkliflər irəli sürüb" - Mirzoyanın müavini

Donald Trampın qırmızı qalstuku nədən xəbər verir?

"Bazar" adı üstündə olan təhsil müəssisəsi

"ABŞ Ermənistanı milli intihara sövq edir" - Rusiya kəşfiyyatı

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başladı

Bank kreditlərinin faizlərinin aşağı salınması təklif olunur

Sabah hava yağmursuz olacaq

Bayram günlərində banklar işləyəcək? - RƏSMİ

Rusiyanın İl-76 təyyarəsi Livana endi

Bütün xəbərlər