gundem / dunya
8.09.2023, 14:00
İranda hökumət əleyhinə etiraz dalğası gözlənilir
İran hakimiyyəti Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində hökumət əleyhinə nümayişlərin qarşısını almaq üçün tədbirlər görməyə davam edir.
"DogruXeber.az" xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hesabatında deyilir.
Onların sözlərinə görə, sentyabrın 7-də İranın təhlükəsizlik xidməti etiraz aksiyalarının təşkilatçıları şəbəkəsinin həbs edildiyini açıqlayıb.
Bundan əvvəl, avqustun 17-də ölkə hakimiyyəti dövlət ittihamına əsasən, Məhsa Əmininin qətlinin ildönümündə “xaos və vandalizm salmaq” planlarına görə bir qrup qadın hüquq müdafiəçisini həbs edib.