Erməni vəhşiliklərinə göz yummayın - Kolumbiya mətbuatı

Kolumbiyanın məşhur “Atlantik” radiosunun internet səhifəsində “Ermənistan-Azərbaycan Qarabağ müharibəsinin digər üzü” başlıqlı məqalə dərc olunub.

Azərbaycanın Meksikadaki Səfirliyindən "DogruXeber.az"a verilən məlumata görə, məqalədə kolumbiyalı jurnalist Paola Varqas ölkəmizə səfəri zamanı işğaldan azad olunmuş ərazilərdə şahidi olduğu vəhşiliklərdən söhbət açır, məqsədinin “Azərbaycanın üzləşdiyi barbarlığı” oxuyucuların diqqətinə çatdırmaq olduğunu bildirir.

Jurnalist qeyd edir ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Qarabağda törədilən ağlasığmaz vəhşiliklərin izləri hələ də qalır. Viran qoyulmuş, dağıdılmış və minalarla çirkləndirilmiş bu ərazilərin yenidənqurulması və bərpası kifayət qədər vaxt tələb edir.

P.Varqas erməni işğalından öncə dinamik həyata və sosial-iqtisadi inkişafa malik Azərbaycan şəhərlərinin xarabalığa, “kabus şəhər”ə çevrilməsindən dəhşətə gəldiyini, Gəncə şəhərində yaşayış məntəqəsinə raketlərlə hücumun həyata keçirildiyi yerdə gördüklərinin onu daha da hiddətləndirdiyini vurğulayıb:

“Ermənistanın günahsız insanlara hücum etməkdə məqsədi nə idi? Niyə beynəlxalq kütləvi informasiya vasitələrində bu həqiqətlərdən danışılmır?”

Kolumbiyalı jurnalist işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminin silinməz izləri ilə yanaşı, Azərbaycan hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin şahidi olduğunu yazır, uğurla və sürətlə davam etdirilən tikinti və abadlıq işlərinin, iri layihələrin bu ərazilərə tezliklə həyatın qayıdacağını deməyə əsas verdiyini bildirir.

Məqalədə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyevlə görüşdən sitatlara yer verilir və Qarabağın erməni sakinlərinin ölkəmizin bərabərhüquqlu vətəndaşları hesab olunacaqları və təhlükəsizlik zəmanətinə malik olacağı, eləcə də Azərbaycanın sülhün tərəfdarı olduğu və Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təxribat xarakterli bəyanatlarının yolverilməzliyi vurğulanır.


Oxunub: 232

Son xəbərlər

Agentliklə Mahmudova məxsus olduğu deyilən şirkət arasında sövdələşmə

"Bu, qadınların borcudur" - Şimali Koreya lideri

Səhər yeməyi vacibdirmi?

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq — Nazir

90 qəpikdən, 4 manata... — Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

300 dollarlıq gömrük limiti azaldılacaq? - Deputatdan AÇIQLAMA

Səfər Mehdiyevlə bağlı sensasiya: Külli miqdarda vəsaitlə... - ŞOK İDDİA

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır

Bu universitetin yataqxanası BƏRPA EDİLİR

MSK sədrinə yeni səlahiyyət verildi

Mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliklərin icrasına başlanıldı

Prezident memorandumu təsdiqlədi

Qızılcaya görə pandemiya təhlükəsi var? - Nazirdən cavab

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Prezidentdən 17 milyonluq SƏRƏNCAM

"Paşinyan bilirsə, beşinci kalonun kim olduğunu açıqlasın" - Xaçatryan

Sabah bəzi yerlərdə yağış yağacaq

23 ildən sonra İrana ilk rəsmi səfər

İstanbulda güclü zəlzələ OLDU

Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

Geomaqnit qasırğası gözlənilir

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO

Bu yolla infarkt riskini azalda bilərsiniz

Bu avtomobilləri Azərbaycana gətirmək mümkün olmayacaq (VİDEO)

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək (VİDEO)

Bütün xəbərlər