Nazirlər Kabinetinin İşlər İdarəsinin rəisi ilə bağlı 4 milyonluq qalmaqal - TƏFƏRRÜAT

DogruXeber.az: - Təmir-tikinti işləri ilə məşğul olan "SV Qrup" şirkətinin rəhbəri Vahid Xələfov beş aydır ki, həbsdədir. Şirkət rəhbəri Nazirlər Kabinetinin İşlər İdarəsinin rəisi Hikmət Xəlilovu öldürməklə hədələyib ondan milyonlarla pul tələb etməkdə ittiham olunur. Xələfov isə deyir ki, yalandır, onu hədələməyib, sadəcə Xəlilov öz vəzifəsindən sui-istifadə edərək onu həbs etdirib.

Xələfov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, özbaşınalıq kimi ittihamlar verilib.

Cinayət işinin materiallarına görə, əvvəllər Xələfovla Xəlilov arasında biznes münasibətləri olub. Sonradan münasibətləri gərginləşib, ədavət yaranıb. Hikmət Xəlilovun həyat yoldaşı məhkəmədə ona qarşı 500 min manatlıq iddia qaldırıb. Məhkəmə də Südabə Xəlilovanın xeyrinə qərar çıxarıb. Nəticədə Vahid Xələfov Yasamalda yerləşən evini boşaldıb Hikmət Xəlilova yaxın adamın adına keçirib.

İddia olunur ki, Vahid Xələfov Nazirlər Kabinetinin idarə rəisindən qisas almaqdan ötrü Şağan qəsəbəsində onun yaşadığı evin yanına gəlib. Səhər o, işə gedəndə avtomobilinin qarşısını kəsib, pnevmatik tapança ilə onu hədələyib, 4 milyon 100 min pul tələb edib. Xəlilov isə cəld tərpənib, avtomobilini sürərək oradan uzaqlaşıb və dərhal da polisə məlumat verib.

"Bizim kurator idi"
54-yaşlı Xələfov məhkəmədə danışıb ki, Xəlilovla 2009-cu ildə tanış olub. Həmin vaxt o, Prezident Administrasiyasında çalışırdı: "Bizim tikinti şirkətimiz vardı. O da Prezident Administrasiyasında dövlət layihələrində bizim kurator idi...".

Xələfovun sözlərinə görə, bir neçə il birlikdə işləyiblər, onun sifarişi ilə çoxsaylı ev, ofis binalarının təmir-tikintisini həyata keçirib. Onların arasında Xəlilovun özünün, ailə üzvlərinin evləri, obyektləri də olub. Xələfov birgə əməkdaşlıq çərçivəsində təmir-tikintisini apardığı əmlaklardan Qobu qəsəbəsində tikinti materialları zavodu, "Sapphire Plaza", Mənzil İstismar Sahəsinin binası, müxtəlif evlər və s. sadalayıb. Onun sözlərinə görə, Qobudakı zavodu Xəlilovun sifarişi ilə 2011-2013-cü illərdə tikib. Avadanlıqlar Çindən gətirilib.

4 milyondan çox borc
Xələfov deyir ki, sonradan Hikmət Xəlilov pulların verilməsini gecikdirirdi. Bu üzdən aralarında 4 milyondan çox borc yaranmışdı: "Hikmətlə bir daha görüşdük və pulumu istədim. Onda şirkətimin hesabına 500 min manat keçirdi. Ondan sonra ödəniş etmədi. Eşitdim ki, arvadı məhkəməyə iddia verib, guya, Qobuda onun adına torpaqda ondan xəbərsiz zavod tikmişəm. Belə yalan olar?! Zavodun açılışında özləri, öz yaxınları da olub. Hikmət vəzifəsindən sui-istifadə etdi, məhkəmə də onların xeyrinə qərar verdi".

Xələfov vurğulayıb ki, bundan sonra Xəlilovlar evini də əlindən alıblar. O əlavə edib ki, Nazirlər Kabinetinin şöbə rəisi ilə aralarında çoxsaylı yazışmalar var. Həmin yazışmalar dediklərini sübut edir.

"Hikmət Xəlilov Prezident Administrasiyasında işləyirdi, özü bizneslə məşğul ola bilməzdi. Amma faktiki olub. Vahid Xələfov da olun göstərişlərini yerinə yetirib", – bunu isə Xələfovun vəkili Osman Kazımov məhkəmədə deyib.

Vəkil istintaq dövründə müdafiə hüququ pozuntusundan da gileylənib.

"Məni, az qala, girov götürmüşdü"
Amma Nazirlər Kabinetinin İşlər İdarəsinin rəisi Xələfova borcu olması haqda iddiaların yalan olduğunu deyir. 66-yaşlı Xəlilov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb və istintaqda ifadə verib. O bildirib ki, Xələfov bundan əvvəl də onunla bir neçə dəfə görüşüb, pul tələb edib. Məsələn, 2022-ci ilin yayında ona deyib ki, əgər pulu verməsə, özünə qəsd edəcək.

Xələfov deyirdi ki, dəfələrlə borcunu istəyəndən sonra Xəlilov ona 500 min verib. İdarə rəisi ona 500 min verdiyini istintaqda təsdiqləyib, amma səbəbini başqa cür izah edib. İddia edib ki, Xələfovla Bayıl tərəfdə restoranların birində görüşüblər: "Orada məni, az qala, girov götürmüşdü, otaqdan çıxmağa qoymurdu. Ona görə çarəsiz qalıb zəng edib tanışımdan xahiş etdim ki, onun ofisinə aparıb 500 min ödəsin".

Xəlilov etiraf edib ki, sonradan Xələfov onun haqqında prezidentə şikayətlər yazdığına görə həyat yoldaşı da məhkəmədə 500 min manatlıq iddia qaldırıb.

Xələfova ittiham verilən maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.//AzadlıqRadiosu ©


Oxunub: 501

Son xəbərlər

Həbsxana həyatı yaşadı,yenə nəticə çıxarmadı – Tikinti maqinatı Rauf Əliyev qanunsuz əməllərini davam etdirir

Yeni Sənaye Parkı yaradıldı - FƏRMAN

Binə qəsəbəsi və Hava Limanına dəmir yolu çəkiləcək

Nəbabat Bağında nə baş verib? - Dövlət Xidməti cərimə yazdı, qurum narazı qaldı

Prezidentin köməkçisi NATO-da müzakirələr aparıb

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesi başa çatıb

Səyyad Kərimov, Kəmaləddin Bədəlovun “ali” saxtalığına kim qiymət verməlidir?

Avtobus və velosiped zolaqlarına çıxanlar 100 manat ödəyəcək

Paşinyan sülh müqaviləsindən Azərbaycandan əvvəl yol istəyir?

Nazir daha bir rəisi işdən çıxardı - Rəis əvəzi təyin etdi

Vəzifəli şəxslər üçün olan bu cərimələr azaldılır

Metronun iş rejimi dəyişdiriləcək

Yeni nəsil şəxsiyyət vəsiqələrində dəyişiklik

İyulun 1-dən...

Ətin qiymətini bahalaşdıran OLİQARX MƏMURLARDIR... - Kasıbın ferması var?..

Bu şəxslərin maaşları artırıldı

“BakuBus” Bakıdan Zaqatala, Bərdə və Tərtərə sərnişin daşıyacaq

Sabah 35° isti olacaq

14 il direktor işləyən qadın 995 min manat mənimsəyib

Naxçıvanda yeni sənaye zonası yaradılır

“Azərişıq” paytaxtda və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir - VİDEO

Emil Alxaslı MÜƏMMASI DAVAM EDİR…

Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə bağlı qərar

"Prava"sız maşın sürənlər üçün cərimə artırılır

ATU-nin bu klinikasında şəhid ailəsinə ikinci "müsibət" yaşadılır - Qocaman deputat bu müəssisələrdən xəbərsizdirmi?

Yenidən qəbul imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan nefti bahalaşdı

Adil Kərimlinin imicinə Şəki Uşaq İncəsənət Məktəbində belə zərbə vururlar

Cərrahiyyə Klinikasında “sığorta maxinasiyası” – GərayBƏYlinin sovet idarəetməsi

Bayramqabağı bazarda son vəziyyət: 250 manatdan 450 manatadək satılan qurbanlıqlar

Bütün xəbərlər