“İran” qəzetindən həyasızlıq: “Azərbaycan Qarabağı işğal edib” - Düşmənin BUYNUZU OLMUR Kİ...


SEPAH-ın nəzarətində olan “İran” qəzeti davamlı olaraq Azərbaycan əleyhinə yazılar dərc etməyə davam edir. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, qəzetin ötəngünkü sayında daha bir məqalə yayımlanıb.

“İran Qafqaz regionunda baş verən son gərginliyi araşdırır: Tehran Qafqazda avantüranın qarşısını almağa hazır olmalıdır” başlıqlı məqalədə rəsmi Bakı yenə İsraillə əməkdaşlıqda “ittiham” olunub. Bununla yanaşı, Tehranın Zəngəzur dəhlizi ilə bağlı yanaşması və bir qədər də təhdidindən bəhs edilir.

“İran” qəzetindən həyasızlıq: “Azərbaycan Qarabağı işğal edib” - Düşmənin BUYNUZU OLMUR Kİ...

“İran” qəzetindən həyasızlıq: “Azərbaycan Qarabağı işğal edib”

Nəşr iddia edir ki, 2020-ci il Qarabağ müharibəsindən sonra, Azərbaycanın Ermənistanın cənubunu ilhaq etməyə cəhd etməsi böhranın əlamətlərini yenidən göstərib. “Cəhd uğursuz oldu. Lakin 2021-2022-ci illərdə sərhəd gərginliyi bəhanəsi ilə baş verən bu cəhdin təkrarlanması göstərdi ki, Azərbaycan hakimiyyətinin bu sahənin bir hissəsini ələ keçirmək və işğal etmək kimi iddialı məqsədləri var. Yəni, məqsəd Zəngəzur dəhlizini açmaq, bunun üçün Sünik vilayətini işğal etmək, ardından da İranla Ermənistan arasında əlaqəni kəsməyə çalışırlar. Bu həmçinin İranın şimal və şimal-qərbdə Avropaya gedən tranzit marşrutlarını bağlamaq, Azərbaycanlıa Türkiyə arasında əlaqənin bərpası deməkdir. Gedişat onu göstərir ki, Qarabağın və Ermənistanın cənubunun işğalı fonunda Zəngəzur dəhlizinin yaradılması prosesi baş verir”.

“İran” qəzeti daha sonra yazır ki, bütün bunlar İslam Respublikasının biganə qala biləcəyi məsələlər deyil. “Ölkə rəsmiləri regionda hər hansı dəyişikliklə bağlı ən yüksək səviyyələrdə dəfələrlə xəbərdarlıq edib və bəyan ediblər ki, əgər Azərbaycan və Ermənistandan hər hansı biri Qafqaz regionunun geosiyasətini və beynəlxalq sərhədləri dəyişmək niyyətindədirsə, İran təmkinli və neytral siyasət aparacaq. Geri çəkilməyəcək və birbaşa qarşılıq verəcək”.

Qəzet şimal sərhədlərində bir neçə hərbi təlimin keçirilməsi və Qafanda konsulluğun yaradılması da bu tədbirlərdən biri kimi təqdim edib.

Nəşr Türkiyə XİN başçısı Hakan Fidanın Tehrana səfərinə və orada bu ölkənin dini lideri Əli Xamineyi ilə görüşü barədə də qeyd edib. “Həmin görüş də təsdiq edir ki, İran Bakı və Ankaraya daha ciddi mesajlar verməyə hazırlaşır. Bundan sonrası isə Bakı və Ankaranın Təl Əvizin sözlərinə qulaq asıb, asmamasına bağlıdır”.

P.S. İran mediasında dərc olunan məqalə və xbərlərdən belə aydın olur ki, Tehran Azərbaycanla əlaqələrin bərpası və yaxşılaşdırması üçün addımlar atması gözdən pərdə asır. Çünki iki ölkə arasında ötən ilin yanvarında baş verən gərginliyi aradan qaldırmaq istəyən ölkə belə yanaşma sərgiləyə bilməz. Xüsusən də “Azərbaycan Qarabağı işğaı edib” sözündən istifadə etmək, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqdır.

Yəni, bilinən və görünən odur ki, ya İranın xarici siyasəti bir adamın əlində deyil. Ya da bu ölkənin xarici siyasəti fiaskoya uğrayıb. Çünki belə siyasət olmur.


Oxunub: 290

Son xəbərlər

"İdman TV"nin direktoru işdən çıxarıldı

Gəncə Dövlət Universitetində rüşvət "ŞİRİNLİK" kimi alınır... - VİDEO

Polşanın XİN başçısı ilə Zelenski arasında nə baş verib?

Bu birdəfəlik müavinətin məbləği artırılır

Zakir Qaralovun qalmaqallı əmisi qızına yeni vəzifə verildi

İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...

Bakı metrosunda faciə - Sərnişin qatarın altında qaldı

“Sarıqışlar” Su Elektrik Stansiyasının açılışı oldu

Bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək

Bu ölkə hər həftə 10 min insanı deportasiya edəcək - SƏBƏB

Dövlət başçısı Cəbrayılda fabrikin təməlini qoydu

Leysan olacaq, dolu düşəcək - SABAHIN HAVASI

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC

Həmkarlar İttifaqı Aşıq Ələsgərin evini restorana çevirib

SOCAR minlərlə insanı işsiz qoyub – RAYONLARDA YDM-LƏR BAĞLANIR...

Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu

Gürcüstan prezidentinin imtina etdiyi qanunu o imzaladı

Putin Qətərə səfər edə bilər

İlham Əliyev və xanımı Cəbrayıla getdi

Dünyanın ən vətənpərvər ölkələri - Azərbaycan neçənci yerdədir?

İran bu ölkələri düşmən hesab edəcək

Milli Qəhrəman Əliyar Əliyevin anım günüdür

Qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Bu şəxslərin vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək

Gömrük orqanlarında xidmətə qəbula dair yeni prosedur müəyyənləşdi

İlham Əliyev Almaniya Prezidentinə məktub göndərdi

Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin edilir

Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlandı

Bu, alkoqoldan psixi asılılıq yaradır

Bütün xəbərlər