"Ermənistan daha Moskvaya arxalana bilməz" - Paşinyan


"Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz".

Dogruxeber.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Politico" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bunun əsas səbəbi Ukraynadakı müharibədir: "Ukraynada baş verən hadisələr nəticəsində Rusiyanın imkanları dəyişdi. Bizim strategiyamız bu vəziyyətdə başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır. Biz müstəqil, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır".

Paşinyan həmçinin qeyd edib ki, Rusiya sülhməramlıları öz missiyalarını yerinə yetirə bilməyiblər: "Hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı".

Rusiya lideri Vladimir Putin Ermənistanın bu ilin əvvəlində Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasından sonra Rusiyanın artıq çox şey edə bilməyəcəyini deyib. Paşinyan müsahibəsində bu mövqeyini bir daha təsdiqləyib.

Baş nazir Azərbaycanla illərlə davam edən münaqişədən sonra sülh sazişinin əldə edilməsi məqsədilə ABŞ, Aİ və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini bir daha bəyan edib: "Əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik".


Oxunub: 241

Son xəbərlər

“İnternational Medical Center 1” xəstəxanasında yeni doğulmuş körpənin taleyindən xəbər yoxdur - BU NƏDİ BELƏ?!

“Qərb Qazaxıstanın müstəqilliyini qoruyur” — Rəsmi Astanadan Rusiya və Çinə qarşı ŞOK AÇIQLAMA

Rusiya NATO-ya qarşı müharibəyə hazır olduğunu AÇIQLADI

Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edildi - SƏRƏNCAM

Rusiya Haaqa Tribunalından yayınmaq üçün Əlcəzairlə saziş imzalamaq istəyir

“Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi

Türkiyədə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə edilib

HƏMAS girov götürdüyü iti də azad etdi

İran prezidenti niyə Türkiyəyə getməyib? - Səbəb AÇIQLANDI

Amerikanın hərbi təyyarəsi okeana düşdü

"Tərtər işi” ilə bağlı həbs olunan hərbçilərə HÖKM OXUNDU

Zelenski “İlin xəyalpərəsti” elan edildi

Polşa buna görə Finlandiyaya qoşun göndərir

Hərbçilərin aylıq vəzifə maaşları 20 faiz artırılacaq

Deputat ezamiyyə xərclərinin artırılmasını təklif edir

Azərbaycan nefti bahalaşdı

Erməni deputat Bakıda yaşamaq istəyir

Bu günə olan valyuta məzənnələri

Putin bunu xəyanət adlandırdı

Qurban Qurbanov ilk maaşını açıqladı

Rusiyadan Ukraynanın təzminat istəyinə CAVAB

Cəlal Arutyunyanla bağlı cinayət işi məhkəməyə göndərildi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edildi

Məhkəmə "Kanal 13"ün rəhbəri barəsində qərar verdi

Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi - ƏMR

Sabah üç rayonda qaz olmayacaq

Bu uşaq evində uşaqlar soyuq su ilə çimizdirilir - VİDEO

Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi - Putyovkalar 30 faiz bahalaşdı

Bank Akif Çovdarovun şirkətlərini məhkəməyə verdi — 9 milyonluq borc

Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq

Bütün xəbərlər