Kliniki Tibbi Mərkəz: AD DƏYİŞİB... amma elə KÖHNƏ BAZARDIR... - "Belə xidmət olar?"

"Dünən yolumuz Kliniki Tibbi Mərkəzə düşdü. Ad dəyişilsə də, qalan hər şey yerli yerindədir. Həyatımda ilk dəfə təcili yardımdan xəstənin qaçdığını orada gördüm. Adam içəridə hansı münasibəti görmüşdüsə, halsız vəziyyətdə olsa da özünü qapıdan çölə atdı. Sonra həkimlər çıxıb xəstəni axtarmağa başladılar..."

"DogruXeber.az" DİA.AZ-a istinadən bildirir ki, bunu öz "facebook" səhifəsində tanınmış jurnalist Çingiz Səfərli qeyd edib.

Jurnalist keçmiş "Semaşko"nun hazırki halının təsvirnə belə davam edir: "İkinci bir məsələ açıq bazarın hələ də qalmasıdır. Deməli, təcili yardıma xəstə gəlir. Xəstəni müayinə edirlər, ardınca birinci tibb bacısı gəlir və "hörmət" istəyir. 5 manat verib yola salırsan və deyir ki, bir azdan da həkim gələcək. Normalda belə pul istəyənləri acılayıram, amma düz kameranın altında istədi və kameraların çəkdiyini deməyimə baxmayaq," fərqi yoxdur" deyə cavab verdiyi üçün ovcuna 5 manat basdım. Çıxanda da həkimə 10 manat verdim. Vəziyyət belədir. Buna rəğmən də hər gün "səhiyyəmiz inkişaf edir, ay mütəxəssislərimiz elədir, belədir" tipli açıqlama verirlər. Bu da TƏBİB və onun xəstəxanalarda yaratdığı şərait. Kliniki Tibbi Mərkəz hələ bunların ən yaxşısıdır guya... Təcili yardıma xəstə gəlir, birinci xəstə ilə maraqlanmaqdansa, deyirlər ki, əvvəlcə gedib adını qeydiyyata salın, sonra gəlin. Belə xidmət olar?"

İddia olunanlarla bağlı əlaqədar qurum və şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq...


Oxunub: 356

Son xəbərlər

Həbsxana həyatı yaşadı,yenə nəticə çıxarmadı – Tikinti maqinatı Rauf Əliyev qanunsuz əməllərini davam etdirir

Yeni Sənaye Parkı yaradıldı - FƏRMAN

Binə qəsəbəsi və Hava Limanına dəmir yolu çəkiləcək

Nəbabat Bağında nə baş verib? - Dövlət Xidməti cərimə yazdı, qurum narazı qaldı

Prezidentin köməkçisi NATO-da müzakirələr aparıb

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesi başa çatıb

Səyyad Kərimov, Kəmaləddin Bədəlovun “ali” saxtalığına kim qiymət verməlidir?

Avtobus və velosiped zolaqlarına çıxanlar 100 manat ödəyəcək

Paşinyan sülh müqaviləsindən Azərbaycandan əvvəl yol istəyir?

Nazir daha bir rəisi işdən çıxardı - Rəis əvəzi təyin etdi

Vəzifəli şəxslər üçün olan bu cərimələr azaldılır

Metronun iş rejimi dəyişdiriləcək

Yeni nəsil şəxsiyyət vəsiqələrində dəyişiklik

İyulun 1-dən...

Ətin qiymətini bahalaşdıran OLİQARX MƏMURLARDIR... - Kasıbın ferması var?..

Bu şəxslərin maaşları artırıldı

“BakuBus” Bakıdan Zaqatala, Bərdə və Tərtərə sərnişin daşıyacaq

Sabah 35° isti olacaq

14 il direktor işləyən qadın 995 min manat mənimsəyib

Naxçıvanda yeni sənaye zonası yaradılır

“Azərişıq” paytaxtda və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir - VİDEO

Emil Alxaslı MÜƏMMASI DAVAM EDİR…

Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə bağlı qərar

"Prava"sız maşın sürənlər üçün cərimə artırılır

ATU-nin bu klinikasında şəhid ailəsinə ikinci "müsibət" yaşadılır - Qocaman deputat bu müəssisələrdən xəbərsizdirmi?

Yenidən qəbul imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan nefti bahalaşdı

Adil Kərimlinin imicinə Şəki Uşaq İncəsənət Məktəbində belə zərbə vururlar

Cərrahiyyə Klinikasında “sığorta maxinasiyası” – GərayBƏYlinin sovet idarəetməsi

Bayramqabağı bazarda son vəziyyət: 250 manatdan 450 manatadək satılan qurbanlıqlar

Bütün xəbərlər