Azərbaycanda Bilik günü qeyd olunur

Sentyabrın 15-i Azərbaycanda Bilik günüdür.

"DogruXeber.az" xəbər verir ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinə əsasən isə dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində 5 gün payız (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olacaq. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) də olacaq.

2023-2024-cü tədris ilində təhsilalanlar 2,1 milyon nəfər, işçi heyət isə 300 min nəfər təşkil edəcək. Onlardan 220 mini məktəbəqədər təhsil, 1,6 milyonu ümumtəhsil, 33 mini peşə təhsili, 60 mini orta ixtisas təhsili, 220 mini isə ali təhsil müəssisələrində təhsil alan və çalışanlar olacaq.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə ümumilikdə, 481 131 şagird təhsil alacaq.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 34 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir.

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 498 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.


Oxunub: 150

Son xəbərlər

Nərimanıv adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?

Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar - YAĞ, EY YAĞIŞ, DURMAGİNƏN...

Qəzənfər Ağayev Astaranı zibilxanaya çevirib... - GİLEY

Azərbaycan öz ərazilərini azad edir - Saakaşvilidən İSMARIC

İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər TƏYİN EDİLDİ - FOTO

Sülhməramlıların ölümünə görə korpus komandiri İŞDƏN ÇIXARILDI

Prezidentin köməkçisindən Yevlax görüşü ilə bağlı AÇIQLAMA

Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

Bu, qiymətlərin əlavə artımına səbəb ola bilər - Proqnoz

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

İlham Əliyev və Putin arasında telefon danışığı oldu

Sülhməramlılar Yevlaxdakı danışıqlarda müsbət münasibət olduğunu bildirdilər

Xankəndidə mülki geyimli silahlı şəxsin görüntüsü - VİDEO

Sülhməramlıların komandanının müavini Qarabağda həlak oldu

Sabah hava necə olacaq?

"Küçədən gələn müxbir Ermənistanı fırladır" - Eks-nazir

"Bəşəriyyət cəhənnəmin qapılarını açıb" - Quterreş

"Azərbaycanın verdiyi siyahıda mən də ola bilərəm" - Seyran Ohanyan

Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ

Ukrayna ABŞ-dən nə istəyir?

"Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev

Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi

Qarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edir - FOTO

"İstefa verməyəcəm" - Paşinyan

Moskva aeroportlarında reyslər kütləvi şəkildə ləğv edildi

Qarabağdan təxliyə olunan ermənilərin sayı AÇIQLANDI

Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu

“Vaqner” Suriyanı tərk edir

Bütün xəbərlər