gundem / dunya
15.09.2023, 17:30
"Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir" - Putin
"Rusiya Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib və etmir".
Dogruxeber.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə Soçidə keçirilən danışıqlardan sonra jurnalistlərə bildirib.
O deyib ki, əgər əks tərəf də hazırdırsa, Rusiya danışıqlardan heç zaman imtina etməyib.
Rusiya Prezidentinin sözlərinə görə, ABŞ Ukraynaya təsir göstərir və hər şeyi güc hesabına həll etmək istəyir.