Keçmiş nazir oğurladıqlarını XIRID EDİR - BU DA FAKT...

DogruXeber.az: - Kənardan baxanda əslində, o qədər də yeyintili yer təəssüratı bağışlamır. Hər halda, gömrük, vergi kimi sahələrin adı çəkiləndə Mədəniyyət Nazirliyini arxa plana keçiririk, bəs burda nə var eee.. deyingən xalq artistləri və bir də tarixi abidə olan daş-qaya... Amma burası Azərbaycandır və unutmayın ki, burda kimliyindən asılı olmayaraq hər kəsin pulu elə daşdan çıxır...

Mədəniyyət Nazirliyimiz isə bir ayrı məzədir. Təsəvvür edin, illər uzunu Əbülfəs Qarayev buraları çapıb-taladı və günlərin birində Dövlət Baba nəhayətdə qəzəbli baxışlarını ona sarı çevirdi: nəticəsi həbslər oldu... Amma oralar o qədər korlanmışdı ki, Qarayevin yerinə gələnlər də yeyintini xavam etdirdi və yenə də Dövlət Baba qəzəbləndi: yeni həbslər...

Baş verənlər isə bu qurumun mayasını korlamış və mədəniyyətimizə ayrılan büdcə pullarına öz ailəsi ilə şərik getmiş Əbülfəs müəllimin işinə yaradı. Yəni o rahatlıqla deyə bildi ki, oğru elə təkcə mən deyiləm ki...

Bundan sonra onu axtaran, ondan ayın tarixini soruşan da olmadı. Çünki adam haqlı idi. Yeganə oğru o deyildi...

Amma atalarımızın bir yaxşı sözü də var: cidanı çuvalda gizlətmək olmaz. Olmur da... Əbülfəs müəllim də dövlətimizdən xırıd etdiklərini gizlədə bilmir... Bunu isə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli ifşa edib.

"DogruXeber.az" DİA.AZ-a istinadən bildirir ki, C.Həsənli aşağıdakı fotoları təqdim edərək yazır:

Keçmiş nazir oğurladıqlarını XIRID EDİR - BU DA FAKT...

Keçmiş nazir oğurladıqlarını XIRID EDİR - BU DA FAKT...

"Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev yayı İspaniyanın San Pedro Alkantara çimərliyində istirahət edib, təknədə balıq kababı yeyib, nəvələri ilə vaxt keçirib".

Keçmiş nazir oğurladıqlarını XIRID EDİR - BU DA FAKT...

Hə, keçmiş nazirimizdən narahat olmayın... Şükür... yaxşıdır... Elə onun bizdən - dövlətimizdən oğurladıqları da şükür ki yad əllərdə deyil... Əbülfəs müəllim asta-asta xırıd edir...

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Amma bilmirik... danışmaq istəyərmi və ümumiyyətlə, danışsa, nədən danışacaq...


Oxunub: 530

Son xəbərlər

Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası təsdiqlənib

Putin Priqojinin keçmiş köməkçisinə yeni vəzifə verdi

Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək

"Baykar" Ukraynada zavodun tikintisinə 100 milyon dollar sərmayə qoyub

Türkiyə XİN-dən ABŞ-də ermənilərin təxribatlarına REAKSİYA

Zəngilan şəhərində “taunhaus” tipli evlər olacaq

“Tuğ” Qoruğunun statusu müəyyənləşdi - QƏRAR

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq

Davit Babayan da həbs olundu - RƏSMİ

Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO

İgidəlinin işçi canı hesabına İGİDLİYİ

Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR

İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? - AKTUAL

Bu il Şuşada 17 binadan ibarət kompleks tikiləcək - Xüsusi nümayəndə

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Şuşadan Füzuli aeroportuna gedən yolun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Eldar Mahmudov üzə çıxdı

Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları TAPILDI

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul EDİB

Milli Qəhraman Riad Əhmədovla vida mərasimi keçirilir - FOTOLAR

Ermənilərin pis rəftara məruz qalması ilə bağlı məlumat yoxdur - BMT QAK

Yol polisindən paytaxt sakinlərinə və sürücülərə MÜRACİƏT

Ordumuz Xocavənddə artilleriya qurğuları müsadirə edib - VİDEO

Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

Neftimiz UCUZLAŞDI

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir -VİDEO

Bütün xəbərlər