Ağalar Vəliyev 72 yaşlı qadının əli ilə şəhid ailələrinə mənzil satır - İTTİHAM VAR!

DogruXeber.az: - Ötən ay Aktualinfo.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilmiş həm şübhəli, həm maraqlı, həm də müəmmalı bir tender prosedurunun nəticəsi barədə məlumat yaymışdı. Xatırladaq ki, məlumatdada bildirilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə 03.07.2023-cü il tarixdə başladığı açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Redaksiyanın araşdırma qrupa həmin vaxt açıq internet axtarış sistemlərində Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində heç bir məlumat əldə edə bilməmişdi. Yalnız Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reytestr məlumatlarından məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.

Məlumatların ən maraqlı tərəfi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığı Ağaməmmədova Xanım Şamil qızının 1951-ci il təvəllüdlü olması idi. Yəni, 72 yaşlı bir qadının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasını reallaşdıra biləcəyi bir qədər şübhəli görsənirdi. Odur ki, araşdırmalarımızı davam etdirməli olduq.

Şəkidəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə Xanım Ağaməmmədova həqiqətən də ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da pasport qeydiyyatındadır. Mənzil Şəki şəhərindəki 8 nömrəli məktəbin üst tərəfi, Şəki bazarının aşağısındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Xanım Ağaməmmədova ildə bir-iki dəfə sözügedən mənzildə olur, ya olmur. Xanım Ağaməmmədova hazırda Bakı şəhərində, 4-cü mikrorayonda yaşayır, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında yerləşən böyük bir idarənin baş mühasibidir.

Məlumatlı mənbənin sözlərinə görə əvvəllər Xanım Ağaməmmədovanın adına bir neçə MMC olub. Həmin MMC-lər vasitəsi ilə o, həm Şəki rayon İcra Hakimiyyətinin, həm də bir sıra dövlət qurumlarının həyata keçirdiyi dırnaqarası layıhələdə dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması işlərinə baxıb. Kürəkəni Rəhman Penitensiar Xidmətin 2013-cü ildə istifadəyə verdiyi Şəki Cəzaçəkmə Müəssisəsinin tikintisinə rəhbərlik edənlərdən biri olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasına gəlincə. Məlumatlı mənbənin bildirdiyinə görə Xanım Ağaməmmədovanın əvvəllər olduğu kimi, burada da şübhəli maliyyə əməliyyatlarının həyata keçirəcəyi istisna deyil. Belə ki, hazırda Bakı şəhərində və bölgələrdə “Kristal Abşeron” MTK tərəfindən tikilmiş və satılmayan mənzillər məhz Xanım Ağaməmmədova vasitəsi ilə əlil olmuş şəxslərə və şəhid ailələrinə satılacaq.

Qeyd edək ki, dövrü mətbuatda yayılmış məlumatlarda “Kristal Abşeron” MTK-nın əsas sahibinin Milli Məclisin deputatı Ağalar Vəliyev olduğu bildirilir. Mənbəmizin verdiyi məlumatda Xanım Ağaməmmədovanın hazırda Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən böyük bir idarənin baş mühasibi işlədiyi bildirilir. Şəfayət Mehdiyev küşəsində, “Lider”TV-nin yanında Ağalar Vəliyevə məxsus başqa bir şirkət, “Azəraqrartikinti” ASC də yerləşir. Məlumatlı mənbənin sözlərindən görsənən odur ki, 72 yaşlı Xanım Ağaməmmədova hazırda “Azəraqrartikinti” ASC -nin mühasibatlığında ya çalışır, ya da adı gedir.

Bir də görsənən odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin deputatı Ağalar Vəliyevlə birləşib şübhəli maliyyə əməliyytları üzrə ustalaşmış, ad çıxarmış bir 72 yaşlı xanımın əli ilə dövlətin əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillərin verilməsi ilə bağlı ayırdığı puldan da silmək istəyirlər.

Biz bir mətbuat orqanı olaraq Dövlət Məşğulluq Ağentliyinə 72 yaşlı Xanım Ağaməmmədovanın hazırda harda çalışdığı barədə sorğu ünvanlamağı planlaşdırırıq. Araşdırmalarımız davam edir.//Aktualinfo.org


Oxunub: 466

Son xəbərlər

Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası təsdiqlənib

Putin Priqojinin keçmiş köməkçisinə yeni vəzifə verdi

Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək

"Baykar" Ukraynada zavodun tikintisinə 100 milyon dollar sərmayə qoyub

Türkiyə XİN-dən ABŞ-də ermənilərin təxribatlarına REAKSİYA

Zəngilan şəhərində “taunhaus” tipli evlər olacaq

“Tuğ” Qoruğunun statusu müəyyənləşdi - QƏRAR

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq

Davit Babayan da həbs olundu - RƏSMİ

Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO

İgidəlinin işçi canı hesabına İGİDLİYİ

Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR

İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? - AKTUAL

Bu il Şuşada 17 binadan ibarət kompleks tikiləcək - Xüsusi nümayəndə

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Şuşadan Füzuli aeroportuna gedən yolun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Eldar Mahmudov üzə çıxdı

Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları TAPILDI

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul EDİB

Milli Qəhraman Riad Əhmədovla vida mərasimi keçirilir - FOTOLAR

Ermənilərin pis rəftara məruz qalması ilə bağlı məlumat yoxdur - BMT QAK

Yol polisindən paytaxt sakinlərinə və sürücülərə MÜRACİƏT

Ordumuz Xocavənddə artilleriya qurğuları müsadirə edib - VİDEO

Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

Neftimiz UCUZLAŞDI

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir -VİDEO

Bütün xəbərlər