“Dedilər ki, göbələk xəstəliyidir, amma yardım edilmədi” - NAZİRİN NƏZƏRİNƏ...

“Bu il nar ağaclarının hamısında meyvə çürüdü. Bəzi ailələrin yeganə gəlir mənbəyi nar satışındandır. Elə bağlar var ki, ümumiyyətlə, məhsul vermədi”.

DogruXeber.az: - Bunu Meydan TV-yə Hacıqabulun Udullu kənd sakinləri bildiriblər.

Kənd sakini Ramin Həsənov deyib ki, qonşu kəndlərdə, hətta respublikanın əksər bölgələrində də narın məhsuldarlığı yüksək olmayıb:

“Onsuz da bu il dərman, gübrə bahalaşıb, xərclər ən azı 2 dəfə artıb. Bir tərəfdən də məhsul az olduğundan ötən ilə nisbətən bu il nar bahalaşacaq”.

“Neçə adamla maraqlandıq, hamısı eyni problemdən şikayətləndi. Hər il bar verən nar ağacları bu il bar vermədi. Bəziləri deyir ki, meyvə yağışdan çürüyüb. Amma elə yerlər var ki, oranı yağış çox tutmayıb”, – kənd sakini bildirib.

Sakinlərin sözlərinə görə, onlara yağışlı havadan sonra hərarətin qalxması nəticəsində ağaclarda göbələk xəstəliyinin yarandığını deyiblər, amma heç bir yardım edilməyib.

Sakinlərdən biri deyib ki, bağa yaxşı qulluq edib, dərmanlanma aparıb, ancaq yenə də məhsul ağacda çürüyüb. Bu problem əsasən narın yetişdirmə dövründə baş verib.

Kəndlilərin sözlərinə görə, Udulluda suvarma problemi olduğundan taxıl, pambıq və ya digər məhsullar yetişdirə bilmirlər. Həmin ərazi üçün yeganə məhsul nardır, o da bu il problemli olub:

“Dəqiq səbəb deyən də yoxdur. Bəziləri deyir ki, qurd düşüb, bəzisi deyir ki, göbələk xəstəliyidir, yaxud iqlim dəyişikliyidir. Dolanışığımız günü-gündən çətinləşir. Onsuz da kənddə qalan ailələrin sayı çox deyil. Əksəriyyət Bakıya köçüb, daş karxanalarında günəmuzd fəhlə kimi çalışır. Udullunun problemləri həll olunmaqdansa, getdikcə daha da dərinləşir”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə hesab edir ki, problem hava şəraiti ilə bağlı göbələk xəstəliyinin yaranmasından baş verə bilər.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov isə mətbuata deyib ki, Azərbaycanın nar ixracının əsas bazarı hesab olunan Rusiyada milli valyutanın dəyərdən düşməsi nəticəsində problemlərin yaranacağı gözlənilir.

Qaraşovun sözlərinə görə, ötən il 31 milyon 564 min dollar dəyərində nar ixrac edilib.

Rusiya-Ukraniya müharibəsinə görə Azərbaycan Ukrayna bazarını tamamilə itirib.

Narın yetişdirilməsində istifadə edilən dərman, gübrə, aqrotexnik qulluq ləvazimatları bahalaşıb. Bu isə maya dəyərinin artmasına səbəb olub.


Oxunub: 539

Son xəbərlər

Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası təsdiqlənib

Putin Priqojinin keçmiş köməkçisinə yeni vəzifə verdi

Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək

"Baykar" Ukraynada zavodun tikintisinə 100 milyon dollar sərmayə qoyub

Türkiyə XİN-dən ABŞ-də ermənilərin təxribatlarına REAKSİYA

Zəngilan şəhərində “taunhaus” tipli evlər olacaq

“Tuğ” Qoruğunun statusu müəyyənləşdi - QƏRAR

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq

Davit Babayan da həbs olundu - RƏSMİ

Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO

İgidəlinin işçi canı hesabına İGİDLİYİ

Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR

İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? - AKTUAL

Bu il Şuşada 17 binadan ibarət kompleks tikiləcək - Xüsusi nümayəndə

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Şuşadan Füzuli aeroportuna gedən yolun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Eldar Mahmudov üzə çıxdı

Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları TAPILDI

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul EDİB

Milli Qəhraman Riad Əhmədovla vida mərasimi keçirilir - FOTOLAR

Ermənilərin pis rəftara məruz qalması ilə bağlı məlumat yoxdur - BMT QAK

Yol polisindən paytaxt sakinlərinə və sürücülərə MÜRACİƏT

Ordumuz Xocavənddə artilleriya qurğuları müsadirə edib - VİDEO

Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

Neftimiz UCUZLAŞDI

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir -VİDEO

Bütün xəbərlər