gundem / sosial / Cəmiyyət
18.09.2023, 15:30
Milli Depozit Mərkəzi - SIĞORTAÇI SEÇDİ
Milli Depozit Mərkəzi əməkdaşlarına könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"DogruXeber.az" FED.az-a istinadən xəbər verir ki, sorğunun qalibi "Meqa Sığorta" ASC seçilib.
Qalib şirkətə 24 240 manat sığorta haqqı ödəniləcək.
Qed edək ki, önüllü tibbi sığorta xidməti çərçivəsində 3 nəfərin premium paketlə (10 min manatlıq), 59 nəfərin isə standart paketlə (5 min manat) sığortalanması nəzərdə tutulur.